İranlı qaçqınlar Azərbaycana doluşacaq – Jirinovski – VİDEO

0
1063
ABŞ-ın İranın nüvə sazişindən çıxması islam respublikasında sosial partlayışa səbəb ola bilər. Bu baş versə nəticədə Qafqaz iranlı qaçqınlarla dolacaq.
Belə bir bəyanatla Rusiyanın Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski çıxış edib.
 Onun sözlərinə görə, ABŞ öz sanksiyaları ilə İranın iqtisadiyyatını sarsıtmağı bacarmayacaq, belə ki, İranın xarici təsirlərə davamlı iqtisadiyyatı var. Ancaq dini qruplar arasında ixtilafın təhriki nəticəsində, ölkədə sosial qeyri-sabitlik meydana gələ bilər.

Jirinovski İranda  sünilərlə şiyələr arasında uzun illərdən bəri dini ixtilafların yaşandığını diqqətə çatdırıb.
“Bəs iranlılar hara qaçsınlar? Ancaq şimala: onlar Gürcüstan, Ermənistan və Azərbaycana doluşacaq. Onlarla hətta Rostov-na-Donuda da qarşılaşa biləcəksiz. Biz onları özümüzdən divarla ayıra bilmərik axı”.

Liberal-demokratların lideri eyni zamanda dünyada vahid siyasi düzən qurmaq cəhdlərinə görə ABŞ-ı tənqid atəşinə tutub.(oxu.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin