Əslində bu dediklərimdə təzə nəsə yoxdur. Hər zaman demişəm ki, əgər hansısa beynəlxalq gücün İranla bağlı dəyişiklik planları varsa, bunu Azərbaycan türklərinin iştirakı olmadan icra edə bilməyəcəklər. Ona görə yox ki, bu vaxta qədər İranda baş verən bütün üsyan və inqilabların favoriti məhz soydaşlarımız olub… həm də ona görə ki, ELƏ BU BELƏDİR və İranın superetnosu olaraq Azərbaycan türklərinin rəyi nəzərə alınmayan, iştirakı hesablanmayan hansısa dəyişiklik baş tuta bilməz…
Diqqət edirdinizsə, buna qədər beynəlxalq güclər İranda bəlkə 100 dəfələrlə qarışıqlıq cəhdləri ediblər. Gah bəlucları ayaqlandırdılar, gah kürdləri… Gah sosial problemləri qabartdılar, gah da xırda xalqların hansısa diləklərini… Azərbaycan türklərini isə bu proseslərdən kənar tutmağa çalışdılar ki, bu da anlaşılan idi. Günü bu gün də aydın şəkildə görürük ki, İranla bağlı dəyişiklik planı olan beynəlxalq güclər bu gün Azərbaycan türkləri ilə ortaqlığı məcburi qaydada icra edirlər və onlar heç də İranın xarabalıqları üzərində Böyük Azərbaycanın ortaya çıxmasını arzulamırlar.
Bunu Azərbaycanın azad hissəsi olan Şimali Azərbaycan Respublikasına olan münasibətlərindən də aşkar duymaq olur. Hər zaman belə olub. Sadəcə olaraq onlar bu gün İranıdakı hazırki rejimin gedişini daha çox istədiklərindən bu gün regionda Azərbaycan dövləti ilə, eyni zamanda İran adlanan siyasi ünvandakı Azərbaycan türkləri ilə işləmək zorunda qalıblar. Başqa şansları yoxdur.
Buna görə də biz də bütün bu məcburi ortaqlıqdan maksimum yaralanmalıyıq və əldə olunacaq nəticənin daha çox milli maraqlarımıza cavab verməsi üçün durmadan, yorulmadan çalışmalıyıq.
Bunun üçün NƏ ETMƏLİ?
Bu barədə geniş bir yazım olacaq….
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru