İrandan 3 ölkəyə təxribat xəbərdarlığı: “Etirazlar bir neçə gündən sonra başa çatacaq”

0
940
İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır.
Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib.
O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər: “Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni “heşteq”lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb”.
Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib.
Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 12 nəfərin öldüyü bildirilir/Trend.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin