İranda narkotik satanlar və yayanlar üçün ölüm cəzası ləğv olundu

0
767

İran Parlamenti narkotik vasitələri satanlar və yayanlar üçün ölüm cəzasını ləğv edib.

Trend-in məlumatına görə, bunu İran Parlamentinin məhkəmə komissiyasının sədri Həsən Novruzi deyib.

Onun sözlərinə görə, ölüm cəzası ömürlük həbslə əvəz olunub.

Bununla belə, saxlanma zamanı üzərindən soyuq və ya odlu silah aşkar edilən narkotik satıcıları üçün ölüm cəzası qüvvədə qalıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin