İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq

0
73

İranda benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşların təşkilində təqsirli bilinən şəxslər edam olunacaq.

APA-nın xəbərinə görə, bu barədə İranın Ali Rəhbəri Əli Xamneyiyə yaxınlığı ilə seçilən “Keyhan” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, iğtişaşların təşkilində təqsirli bilinərək saxlanılan şəxslər dindirmə zamanı etiraz aksiyalarının müqabilində pul aldıqlarını etiraf ediblər.

“İğtişaşların təşkilatçılarının törətdiyi əməl üsyandır. Hüquqa və şəriətə görə isə bunun cəzası edamdır”, – deyə qəzetin məlumatında qeyd olunub.

Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər.

İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb.

İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin