İranda 5000 məhbusun taleyi ilə bağlı TARİXİ QƏRAR

0
785

İranda yeni tətbiq edilən qanuna əsasən narkotik qaçaqçılığı ittihamı ilə həbs edilən şəxslərin cəzası yüngülləşdirilib.

Bu qanun edam cəzası gözləyən 5000 insanı ölümdən xilas edib.

“Mizanonline” agentliyinin verdiyi xəbərə görə, İran Məhkəmə Qurumu sədri Ayətullah Sadiq Laricani hakimlərə narkotik ittihamı ilə edam edilməyi gözləyən məhkumların məhkəmə proseslərini dayandırmağı və bu şəxslərin dosyelərinə yenidən baxılması əmrini verib. Ölüm cəzasının isə 25-30 il həbs cəzası ilə əvəz edilməsi təklif edilib.

Yeni qanun layihəsinə görə, yalnız 2 kq və ondan çox çəkidə heroin, kokain və amfetamin daşıyan şəxslər edam ediləcək. Bu çəki daha əvvəl 30 qram idi. Marixuana və afyon kimi təbii tərkibli uyuşdurucularda isə edam cəzası məhdudiyyəti 5 kq-dan 50 kq-a qaldırılıb.

Ancaq narkotik qaçaqçılığı ilə məşğul olan təşkilatları idarə etmək və bu məqsədlə 18 yaşından kiçik insanlardan istifadə etmək, narkotiklə bağlı cinayətlərdə odlu silahdan istifadə kimi cinayətlərdə yenə də edam cəzası tətbiq ediləcək.

Qeyd edək ki, İran Şərqlə Qərbi narkotik ticarətində ortaq nöqtəyə gətirən strateji ölkə kimi tanınır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin