İran parlamenti Ukrayna təyyarəsinin vurulması ilə bağlı açıq iclas keçirəcək

0
479

İran parlamenti Tehran yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin səhvən vurulması ilə bağlı açıq iclas keçirəcək.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə İranın millət vəkili Təyabə Siyavuşi bildirib.

Onun sözlərinə görə, iclas barədə qərar İran Silahlı Qüvvələri Baş Qərargahının Ukrayna təyyarəsinin İran raketi ilə vurulduğunu təsdiqlədikdən sonra qəbul edilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin