İran deputatlarını özünə məftun edən qadın – Federika Mogerini

0
820

Avropanın sarışın siyasətçisi ilə selfi çəkdirmək İranın indiki islahatçı rəhbərliyinə baha başa gələ bilər

Müasir İran tarixində ilk dəfə Avropa Birliyinin yüksək rütbəli nümayəndəsi İran İslam Respublikasının prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib.

Lakin Federika Mogerinin gəlişi İran üçün yeni siyasi qalmqala səbəb olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu qalmaqal İran mətbuatında “selfiqeyt” olaraq qələmə verilir.

Hadisəyə əsas verən səbəb İran parlamenti deputatlarının kütləvi halda böyük canfəşanlıqla Avropanın sarışın gözəl diplomatı ilə şəkil çəkdirmək üçün əldən ayaqdan getmələri olub. Hadisədən bir neçə gün sonra Şiraz şəhərinin küçələrininin birində Federika Mogerininin şəklinin əks olunduğu plakat peyda olub. “Bu, hər bir iranlının onunla selfi çəkdirməsi üçündür”, – fotonun altına bu sözlər yazılıb.

Mogerinin Tehran səfəri həm Avropa Birliyi ilə İran arasında münasibətlərin düzəldilməsi, həmçinin Qərbin Ruhaniyə verdiyi siyasi dəstək baxımından olduqca vacib idi. Lakin Mogerini özü belə parlamentdəki mövcudluğunun, xüsusilə, kişi deputatları arasında bu dərəcədə qızğın reaksiya doğuracağını gözləmirmiş. İranda isə sosial şəbəkələrdə kişi deputatların şorgözlüyü geniş müzakirə olunur. Federika Mogerininin deputatlar arasında başı qapalı fotoları sosial media istifadəçilərinin zarafat və məzələri üçün ilham qaynağı olub.

Bəzi statuslarda avropalı diplomatın İran parlamentindəki görüntüsü Uolt Disneyin məşhur “Ağcaqız və yeddi cırtdan” cizgi filminə bənzədilib.

Məsələni siyasəiləşdirən Mogerini ilə foto çəkdirməyə can atanların demək olar ki, hamısının prezident Həsən Ruhaninin islahatçı proqramını dəstəkləyən “Ümid” fraksiyasının deputatlarından ibarət olmasındadır. Təbii ki, ölkənin mühafizəkar qanadı önlərinə gələn bu fürsəti qaçırmaq istəməyib.

Mühafizəkar mediada həftə ərzində islahatçı deputatların hərəkətlərini qınayan məqalələr dərc edilib, onların bu görüntüsü “rəzalət” və “Avropa önündə yaltaqlıq” kimi qələmə verilib.
“Millətin hüquqlarını düşmən qəsdindən qorumaq əvəzinə millət vəkilləri bizi sıxışdıran qüvvələrin nümayəndəsi ilə utanmadan şəkil çəkdirirlər”, – “Keyhan” qəzeti yazıb.

İran parlamentinin mühafizəkar qanadından olan deputatı Əlirza Səlimi isə həmkarlarının hərəkətlərni “Qərb qarşısında təslimiyyət” olaraq qiymətləndirib və parlament komitəsini məsələni araşdırmağa çağırıb. İran prezidentinin mədəniyyət üzrə müşaviri Hesam Aşen hər bir deputatla ciddi söhbət aparılacağını diqqətə çatdırıb. İran prezidentinin keçmiş müşaviri Sadiq Hatəmi isə parlament üzvləri üçün davranış qaydaları barədə xüsusi treninqlər keçirilməsini təklif edib.

RealMedia.az

  

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin