İran bu gün çalxalanacaq – Hər şey YENİDƏN BAŞLAYIR

0
729

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yanvarın 3-də etiraz aksiyalarının yatırıldığını açıqlasa da, dünən gecə paytaxt Tehran və bir çox şəhərlərdə insanlar yenidən küçələrə çıxıb.

RealMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, insanlar İranın ali dini lideri Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər.

Bəzi şəhərlərdə polis və nümayişçilər arasında qarşıdurmaların olduğu bildirilir. Müxalif mənbələr insan itkilərinin olduğunu açıqlayıb.

Paytaxt Tehranda “Rədd olsun Xamenei, referendum ümidimiz!” şüarları səsləndirilib.

Qeyd edək ki, dekabrın 28-də Məşhəd şəhərində başlayan etiraz aksiyaları bütün ölkəni əhatə edib. Təhlükəsizlik gücləri ilə qarşıdurmalarda ən azı 21 nəfər ölüb, 1000-dən çox nümayişçinin saxlanıldığı bildirilir. Rəsmi Tehran aksiyaların təşkilində ABŞ və İsraili ittiham edib.

Bu gün cümə namazından sonra genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi gözlənilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin