İran ABŞ-dan kompensasiya tələb edir – 50 milyard dollar

0
34
“ABŞ-dan ən azı 50 milyard dollar məbləğində kompensasiya tələb etməliyik”. 
Bunu İranın Məsləhət Şurasının katibi Möhsin Rzayi deyib.
“Bəziləri deyir ki, Tramp prezident seçkilərində səs toplaya bilməyəcək. Əgər onun yerinə başqa namizəd seçilsə, bizim nüvə proqramına dair sazişə qayıdacağımız məlum deyil. Biz bu sazişdən daha artıq şəraitin təmin edilməsini tələb edirik. ABŞ bizim sazişə qayıtmağımızı istəyirsə, özü də bu sazişin öhdəliklərini yerinə yetirməlidir. Bundan başqa, tətbiq etdiyi sanksiyalara görə bizə ən azı 50 milyard dollar məbləğində kompensasiya ödəməlidir”, – deyə o vurğulayıb.
M. Rzayi qeyd edib ki, ABŞ ölkəsinə qarşı sanksiya tətbiq etməklə İranı mühasirədə saxlamaq və ölkə daxilində xaos yaratmaq istəyir. (apa)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin