İrəvanın qorxduğu kritik ay – martdan sonra…

0
72

Qarabağ danışıqlarında hərb, yoxsa sülh dilemması ciddiləşir; sülhə isə Azərbaycanı deyil, Ermənistanı hazırlamaq lazımdır, çünki…; politoloqdan xəbərdarlıq: “Yazda danışıqlar nəticə verməsə…”

Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkiləri arxada qaldı. İlkin nəticələrə görə, yeni qanunverici orqanda xeyli sayda təzə simalar olacaq. Ümid edilir ki, yenilənmiş parlament əvvəlkilərdən daha çevik və işlək olacaq, regional təhdidlərə, ələlxüsus Dağlıq Qarabağla bağlı təhdidlərə operativ və adekvat cavab verməklə Azərbaycan dövlətinin maraqlarının təmin olunmasında məxsusi rol oynayacaq.

Qarabağ məsələsindən söz düşmüşkən, artıq qarşıdakı 5 ildə Azərbaycanda heç bir seçki gözlənilmir. Bir neçə dəfə qeyd elədiyimiz kimi, bu da dövlətin və cəmiyyətin bütün resurslarını əsas problemimiz olan Qarabağ düyününün açılmasına imkan və rəvac verəcək – ya dinc, ya da hərbi yolla. Əfsus ki, düşmən tərəfin davranışları konstruktiv danışıqlara hələlik heç bir ümid və şans saxlamır.

Bu, azmış kimi, mart ayında işğal altındakı Qarabağda oyuncaq “prezident seçkiləri”nə hazırlıq gedir. Aydındır ki, bu qeyri-legitim seçkilərdə, daha dəqiqi, növbəti seçki tamaşasında əsas hədəf qondarma qurumu dünyaya “müstəqil dövlət” kimi təbliğ eləməkdir. Halbuki ən azından, Dağlıq Qarabağın etnik təmizlənməyə məruz qalması nəticəsində yerli azərbaycanlı əhalinin orada olmaması bu qəbildən istənilən “seçkini” artıq bəri başdan qeyri-legitim və absurd edir.

*****

Bəzi təhlilçilərə görə, Qarabağda hərb, yoxsa sülh dilemmasına məhz elə martda tam aydınlıq gələ bilər. Daha bir səbəbdən.

“Mar ayında Dağlıq Qarabağda ”seçkilər” olacaq. Ona kimi baş nazir Nikol Paşinyandan ötrü nizamlama prosesi tormozlanmış kimi olacaq. Martda isə o, öz adamını separatçı qurumun başına gətirməyə çalışacaq. Əgər buna nail ola bilsə, onda Minsk Qrupu danışıqları çərçivəsində o, anlaşmaya daha meylli olacaq”.

Rasim Musabəyov ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Apsnye.ge Gürcüstan portalına müsahibəsində politoloq Rasim Musabəyov Azərbaycandakı erkən parlament seçkilərinin Qarabağ məsələsinə bağlılığından danışarkən söyləyib.

“Azərbaycanda parlament seçkiləri payızda olmalı idi. Aydındır ki, seçki öncəsi taleyüklü qərarlar vermək həddən artıq riskli olardı. Fikrimcə, erkən parlament seçkiləri qərarının verilməsinin səbəblərindən biri belə mürəkkəb seçki məsələsini gündəmdən çıxarmaq olub”, – deyə politoloq qeyd edib.

Sözünə davam edən analitik bildirib: “Məsələ ondadır ki, yazda Qarabağ konflikti üzrə gərgin danışıqlar olmalıdır. Əgər bu danışıqların yekunu kimi nizamlama prosesində ciddi irəliləyiş olmasa, o zaman istisna deyil ki, biz artıq yayda hərbi eskalasiya ilə üzləşəcəyik. Qənaətimcə, Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsinin bir səbəbi də elə odur ki, seçkilərə müharibə ilə getmək olmaz”.

Politoloq başqa bir səbəb qismində İran ətrafındakı situasiyanı göstərib. “İran ətrafında vəziyyət yaya kimi xüsusilə kəskinləşə bilər. Azərbaycan və Ermənistan bu dövlətlə sərhəddir və biz böyük risklərlə üzləşə bilərik. Qaçqınlar və başqa təhdidlər mümkündür. Hərçənd rəsmi versiya belə idi ki, parlament yenilənməli, islahatlar həyata keçirilməliidr və s. Hərgah, parlament bu islahatlara əngəl yaratmırdı”, – deyə o əlavə edib və bununla, erkən parlament seçkilərinin keçirilməsinin Qarabağ münaqişəsi ilə də əlaqəli olduğuna işarə edib.

*****

Qarabağ musavat.com ile ilgili görsel sonucu

Qeyd edək ki, Qarabağ danışıqlarının son raundu 2020-ci ilin ilk ayında – yanvarda, İsveçrənin Cenevrə şəhərində baş tutub və ilk dəfə olaraq, ardıcıl üç gün çəkib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə danışıqlardan sonra yaydığı bəyanatdan belə qənaət hasil olur ki, Cenevrədə xalqları sülhə hazırlamaq yönündə ilkin anlaşma əldə edilib.

Sülhə isə ilk növbədə Ermənistanın əhalisini hazırlamaq lazımdır. Çünki Azərbaycanın güzəştə gedəcəyi bir şey yoxdur. Rəsmi Bakının məsələdə hansısa güzəşti olsa belə, bu, yalnız beynəlxalq hüquq normaları çərçivəsində olacaq. Məsələn, humanitar xarakterli kompromislər. Dağlıq Qarabağın yekun statusu ilə bağlı isə Azərbaycanın mövqeyi çoxdan məlumdur – Azərbaycan Respublikası sərhədləri çərçivəsində ən yüksək muxtariyyət. Bura Dağlıq Qarabağa ordu, pul vahidi istisna olmaqla, bir sıra mühüm səlahiyyətlərin verilməsi daxildir.

Qısası, işğalçı tərəf məlumdur və konfliktin həllində irəliləyişə rəvac da yalnız işğal altındakı torpaqların heç olmasa, bir qisminin qeyd-şərtsiz azad edilməsi ilə başlaya bilər. Bundan ötrü erməni toplumu aşağıdan-yuxarı Qarabağla bağlı absurd gözləntilərdən və xəstə təfəkkürdən xilas edilməlidir. Əks halda, böyük sülhdən qaçan ermənilər, yazdan sonra böyük savaşı göz önünə almalıdırlar…

“Yeni Müsavat”ın analitik xidməti

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin