İrəvanı “erməni baharı” bürüyüb: rejim çökür, Bakı üçün şok gəlişmə…

0
697

Ermənistanda “məxməri inqilab” başlanıb. Parlamentin üzvü Nikol Paşinyan hərəkatın lideridir

İrəvan küçələrini etirazlar bürüyüb.

Buna səbəb Serj Sərkisyanın baş nazir vəzifəsinə təsdiqlənməsidir. Erməni xalqı isə əli günahsız azərbaycanlıların qanına batmış Serj rejiminin uzanmasına etiraz edir.

Artıq dövlət idarələrinin, yolların nəzarətə götürülməsinə çağırışlar edilib. Belə görünür ki, proses uzun çəkəcək. Paşinyan və tərəfdarları Fransa meydanından yürüşə çıxıb.

Yürüş iştirakçılarının hədəfi Baqramyan prospekti və Moskovyan küçələrini tutmaqla paytaxtın nəqliyyat sistemini iflic etməkdir. Paşinyan yürüş boyu tələbələri dərslərini ataraq küçəyə çıxmağa səsləyib.

Ermənistan paytaxtında günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbətdə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir. Bu da öz növbəsində “rəngli inqilab”a aparır.

Bunları müxalif deputat Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan güclü etiraz hərəkatını Rusiyanın “Sputnik” agentliyinə şərh edən erməni hərbi ekspert Ayk Nahapetyan deyib.

Nahapetyanın fikrincə etirazçılar başqa ölkələrdə “rəngli inqilab” təşkilatçılarının metodları ilə hərəkət edir. “Rəngli inqilab”ın emissarları Ermənistanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışır.

Onun fikrincə Ermənistanda “rəngli inqilab” texnologiyasının tətbiq edildiyi açıq-aşkardır.

Avrasiya millətləri üzrə ekspert Pol Qobl müsahibəsində bildirib ki, Moskvanın Cənubi Qafqazdakı siyasəti dəyişməz olaraq qalır: “Gürcüstanı keçid yolu, Ermənistanı alət kimi istifadə edərək Azərbaycanı qazanmaq!

Hazırda mənim təxminlərimə görə, rəsmi Moskva Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərəcək və Ermənistanı uzaqlaşdıracaq.

Bu, qeyri-real səslənə bilər, amma Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün bu addımı atacaq kimi görünür. Rusiya Azərbaycana bundan artıq heç nə təklif edə bilməz”.

Etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və s. barədə vərəqələr paylanır. Nahapetyan təşkilatçıların Qərbdə olduqlarını deyib.

Hərbi ekspert bildirib ki, əgər ciddi çaxnaşmalar olarsa Azərbaycan bundan dərhal istifadə edəcək. Ona görə də etiraz aksiyasının kuratoru kimi deputat Nikol Paşinyan bu haqda düşünməlidir.

“Kim ki özünü etiraz hərəkatının rəhbəri sayır, bu haqda düşünməlidir. Əgər Paşinyan özünü hərəkatın lideri sayırsa səhv edir.

Rəhbərliyi ssenarini yazanlar edirlər, bu “yazıçılar” isə Ermənistanda deyil”-Nahapetyan bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Ermənistandakı hadisələrin arxasında 3 gücün olduğunu düşünür: 

“Birinci güc hakimiyyətdən narazı olan qüvvələrin radikal hissəsidir ki, qətl, həbs və işdən çıxarılma təhlükəsi qarşısında belə hakimiyyətlə üz-üzə gəlməkdən qorxmur.

İkinci güc isə Ermənistanın indiki hakimiyyətindən narazı olan erməni lobbisinin bir hissəsidir.

Həmin erməni lobbisi nə qədər türk düşməni olsa da, Ermənistanın uçuruma doğru sürətlə irəlilədiyini görür və buna qarşı yerli müxalifətin bir hissəsinə dəstəyini artırır.

Ermənistandakı hadisələrdə üçüncü qüvvənin olduğu da mümkündür. Bu da xarici ölkələrdə hazırlanan ssenarilərdir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin