“İqtidar bir-iki nəfərdən ötrü beynəlxalq təşkilatlarla münasibətləri korlamamalıdır”

0
757
Niyaməddin Orduxanlı : “ABŞ istəmir ki, Azərbaycan Rusiyadan silah alsın. Senator Durbin ermənipərəstdir”
Son günlər Qərb mətbuatında Azərbaycana yönəlik yazılar dərc edilir. Yazılan məqalələrdə Azərbaycanla Rusiya arasında silah satışı ilə bağlı məsələlərə və digər məsələlərə toxulur. Və bununla bağlı bir sıra ittihamlar irəli sürülür.
Baş verənlərlə bağlı Moderator.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Qərb mətbuatında gedən yazılar Azərbaycan cəmiyyətində çox mənfi qarşılanır:
“Təbii ki, baş verənlər ürəkaçan deyil. Artıq texnologiya o dərəcədə inkişaf edib ki, qısa müddət ərzində Qərbdə ölkəmizlə bağlı aparılna əks kampaniyanı müşahidə etmək olur. Kimlərə sərf edir, Azərbaycana qarşı aparılan bu cür kampaniya? Və yaxudda kimlərdir bunu təşkil edən? Azərbaycan dövlətinin milli maraqlarını sevmiyən və bütün vəclə uzun illərdi bu fəaliyyətlə məşğul olan erməni diasporası və güclü erməni lobbiçiləri. Həmçinin də rəsmi qurumlar. Fürsət düşən kimi, açıq şəkildə Azərbaycana qarşı hücum təşkil edirlər. Bunların apardığı əks kampaniyadan biri də Rusiya ilə Azərbaycanın silah aliş-verişi ilə bağlıdır. Azərbaycanın Rusiyadan silah alması kimlərə sərf etmir?! Qeyd etdiyim kimi, həm ermənilərə, həm də Qərbə…Bilirsiniz ki, Rusiya silah satan ölkədir və bu gün Qərb Rusiyaya sanksiya tətbiq etdiyi halda, istəmir ki, Rusiya başqa sahələrdə gəlir əldə etsin. Bu səbədən də yazılan yazılarda Azərbaycanın silah satışında hansısa neqativ hadisələrin olduğunu yazır. Məncə, baş verənlərin əsl səbəblərindən biri də budur. Azərbaycanı Rusiyadan silah almaqdan çəkindirmək istəyirlər. Ermənilər isə,  təbii ki, istəməz ki, Azərbaycan Rusiyadan silah alsın. Bilirsiniz ki, bu günə kimi Azərbaycanla Rusiya arasında silah alışı 4-5 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Digər, tərəfdən düşünürəm ki, Azərbaycan höküməti də bütün bunlar üçün heç kimə əsas verməməlidir. Dünən Qərb mətbuatında belə bir informasiya yayıldı ki, ermənipərəst senator Durbin Azərbaycana qarşı sanksiya qoyulması ilə bağlı büdcə komitəsində təklif irəli sürüb. Təbii ki, ermənipərəstlər hər imkan düşdükcə bu cür yollara əl atacaqlar. Ancaq ilk gündən bizim partiyanın mövqeyi bu olub ki, Mehman Əliyevin həbsi doğru deyil  və seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilməlidir. İqtidar ölkənin imici barədə düşünməli, yalnız Mehman Əliyevi yox, xüsusilə ağır dövləti cinayətlər törətmiş şəxslər istisna olmaqla, beynəlxalq təşkilatların mövqeyinin nə dərəcədə əsaslı, yaxud əsassız olduğundan asılı olmayaraq, onların siyasi məhbus hesab etdiyi digər məhbusları da azad etməlidir. Həmçinin bizim Qarabağın azadlığı üçün beynəlxalq dəstəyə böyük ehtiyacımız var. Bir-iki nəfərdən ötrü iqtidar beynəlxalq təşkilatlarla münasibətləri korlamamalıdır. ”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin