“İqbal Ağazadədən başqa, xalqla işləyən müxalif partiya sədrinə rast gəlmədim” – VİDEOMÜSAHİBƏ

0
334

Böyük Dayaq Partiyasının (BDP) TK-nin sədri Mirkazım Seyidov Azinforum.az-saytına verdiyi geniş videomüsahibə Azərbaycanda və regionda baş verən son siyasi proseslərdən, aktiv qlobal və regional amillərdən danışıb.

O, həmçinin millət vəkili Rasim Musabəyovun “Türkiyə ordusu Qarabağa gəlməməlidir” fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, türk sülhməramlılarının Qarabağa gəlməsi üçün bir sıra mühüm faktorlar var və bu, reallaşmalıdır.

M.Seyidov Azərbaycanda fəaliyyət göstərən müxalifət partiya sədrlərinin fəaliyyətini də tənqid edib. Bəs o hansı partiya sədrinin addımlarını təqdi edir? Bu haqda da müsahibədə ətraflı danışıb.

O, BDP-nın gələcək fəaliyyət planlarından danışıb, tezliklə ciddi və praktiki addımlarla siyasi arenaya daxil olacağının da proqnozunu verib. O qeyd edib ki, rəhbərlik etdiyi partiyanın əsas elektoratını Bakı kəndləri təşkil edəcək.

Maraqlıdır ki, mütəmadi olaraq məmurların fəaliyyətini tənqid edən M.Seyidov bu videomüsahibədə bəzi məmurlar haqqında müsbət fikirlər səsləndirib. Həmin məmurları ölkə Prezidentinin ətrafında ən etibarlı və işgüzar şəxslərdən biri kimi təqdim edib.

RealMedia.az Azinforum.az-ın BDP sədri M.Seyidov 3 hissədən ibarət olan videomüsahibəsini təqdim edir:

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin