İqbal Ağazadə: “Əlimdə bütün görüntülər var, saxtakarlıq olduqca aydındır” – VİDEO

0
488

Ümid partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə açıqlanan nəticələrin doğru olmadığını bildirib.

“RealMedia.az” xəbər verir ki, İqbal Ağazadə bütün seçki dairələrini anbaan izlədiklərini bildirib:
“Seçki dairəsində çəkilən bütün görüntülər əlimizdə var. Neçə seçicinin iştirak etdiyi və nəticələr açıldıqdan sonra kimə səs verdiklərinə dair videolar var. Bu gün MSK tamamilə uydurma cavablar açıqlayıb. Bir neçə məntəqənin cavabları isə ümumiyyətlə açıqlanmayıb. 3 məntəqə ancaq hərbi hissəyə aid idi. Hərbi hissələrdən 3 məntəqə üzrə mənə cəmi 15 səs verilib. Rauf Arifoğluna isə min beş yüz səs verilib. Bu çox gülünc məqamdır. Bir qaziyə səs verməyən hərbçilər başqa birinə nə üçün səs veriblər bu da çox maraqlıdır”.
İqbal Ağazadə həmçinin bildirib ki, MSK tərəfindən açıqlanan cavablardakı saxtakarlıq olduqca aydındır:
“Təsəvvür edin 4 məntəqənin hər birindən mənə 150 səs çıxdığını bildirirlər. Sanki kiməsə aylıq standart maaş yazırlarmış kimi rəqəmlər təyin ediblər. Bütün bunlar barədə narazı tərəf kimi şikayətlərimi artıq vermişəm”.
Ümid partiyasının sədri, bütün saxtakarlıqlara baxmayaraq qələbə qazanacaqlarını bildirib:
“Heç kəs bu prosesə açıq-aydın müdaxilə edə bilməz. ATƏT-in iki missiyası ABŞ və bir çox xarici ölkələrinin səfirlərinin nümayəndələri prosesi gözləri ilə görüblər, videoya çəkiblər. Dünən gecə ATƏT-in iki missiyası saat 4-ə qədər dairəni tərk etməyiblər. Ancaq bizim bütün müşahidəçilərimiz polis zoru ilə dairədən çıxarıldı”.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin