İnternat məktəbində cinsi zorakılıq – 74 yaşlı pedofilin dramatik sonu

0
211

İngiltərədə bir neçə azyaşlıya cinsi təcavüzə görə 14 il həbs cəzası verilən pedofil səhər yeməyində boğularaq ölüb.

Xəbər verilir ki, 74 yaşlı Con Makkno 1970-80-ci illərdə riyaziyyat dərsi dediyi bir neçə internat məktəbinin beş şagirdinə qarşı cinsi zorakılıq tətbiq edib.

Onun bütün qurbanların yaşı 16-dan az olub.

2016-cı ildən həbsdə olan Makkno 2020-ci ilin sentyabrında Norviç həbsxanasında ölüb. Ölümünün təfərrüatları bu həftə aparılan istintaq zamanı məlum olub. Onun səhhətində problem olduğu bildirilib.

1975-1980-ci illərdə Makknonun qurbanlarından biri olan 51 yaşlı kişi BBC-yə məhkumun məktəblilərə cinsi təcavüz edən böyük bir qrupun üzvü olduğunu iddia edib: “Zorakılıq yataqxanada baş verirdi. Qorxudan bir gözü açıq yatırdım”.

Makknonun həmkarlarından biri, müəllim Alan Stenkliff də bir neçə oğlan uşağına təcavüz etdiyinə görə mühakimə olunub və iki il həbsxanada yatıb. Onlardan biri də Makknonu ittiham edən 51 yaşlı bir şəxsdir. Stenkliff 2014-cü ildə vəfat edib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin