“Instagram”ın son cəhdi: Sosial şəbəkə “TikTok”la döyüşə hazırlaşır

0
133

Yeni Müsavat Qəzeti

Ира 39 лет. Баку. Ищу Друга
Обес­пе­чена. Живу одна. Ищу На­деж­ного Друга 25-45 лет. На­пиши мне! Ан­кета N-89345
gde-poznakomitsya.online

РЕКЛАМА

Сушилка для фруктов.
Вы­со­кая ско­рость суш­ки! Низ­кое энер­го­по­треб­ле­ние! Вкус и за­пах не те­ря­ют­ся!
park-m.com

“Instagram”ın son cəhdi: Sosial şəbəkə “TikTok”la döyüşə hazırlaşır

“Instagram” sosial şəbəkəsinin rəhbəri Adam Mosseri ilin sonuna qədər platformada baş verəcək dəyişiklikləri anons edib. Ən vacib yeniliklərdən biri odur ki, “Instagram” kvadrat şəkillərdən və ümumiyyətlə, özünün foto paylaşım mahiyyətindən imtina edir.

Bundan sonra platforma video formatının inkişafına xüsusi diqqət ayıracaq. Lentdə istifadəçinin abunə olmadığı hesabların “tövsiyə edilən” (recommended) postları daha çox görünəcəklər. Bu, “Tik-Tok”un taktikasıdır: Orada hətta izləmədiyiniz şəxslərin “məsləhətli” videoları da tez-tez qarşınıza çıxır (Yerli tiktokerlər buna “kəşfetməyə düşmək” deyirlər). “Instagram”da isə hazırda tövsiyə olunan postlara ancaq xüsusi bölmədə baxmaq mümkündür.

“Instagram”ın rəhbəri vurğulayıb ki, smartfonlar üçün tam ekran formatlı əyləncəli videolara xüsusi önəm verəcəklər. Başqa sözlə, platforma getdikcə populyarlaşan və onun bazarını əlindən alan “Tik-Tok”a müharibə elan edir. Qeyd edək ki, məhz “Tik-Tok”un yüksəlişi “Instagram”ın bazarını daraldaraq, onu xeyli dərəcədə sıxışdırmışdı.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin