İlqar Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə gətirilir – İDDİA

0
364

Ötən həftə Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Bakı Şəhər prokuroru İlqar Abbasov vəzifəsindən azad edilib. Bu günləri isə İlqar Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə gətirilməsi barədə mətbuatda məlumatlar yer alıb. RealMedia.az xəbər verir ki, İlqar Abbasovun Penitensiar Xidmət rəisi vəzifəsinə gətirlməsi ilə bağlı məlumatı jurnalist Samir Feyruzov yazıb.

O qeyd edib ki, 2016-cı ildən Penitensiar Xidmətin rəisi vəzifəsində işləyən ədliyyə general-leytenantı Ceyhun Həsənov isə tutduğu vəzifədən azad ediləcək: “İlqar Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinatı ölkənin oliqarx-məmurlarından birinin ciddi dəstəyi ilə həyata keçirilir. Onun Bakı şəhər prokuroru vəzifəsinə təyinatının gerçəkləşməsində də həmin məmurun müstəsna rolu olub”.

Qeyd: İ.Abbasov 2017-ci il aprel ayının 26-da keçmiş Baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru vəzifəsinə təyin edilmişdi.

Xatırlatma: İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin