İlin ilk iqtidar -müxalifət debatı! Deputat Elman Nəsirovla KXCP sədri Mirmahmud Mirəlioğlunun söz dueli!

0
82

Moskva görüşündən sonra Azərbaycanla Ermənistan arasında ciddi yumşalmanın olacağına inam yoxdu. Bunu müharibə dövrü razılaşdırılan iki atəşkəsə bənzədirlər. Amma kommunikasiyaların yaradılması baxımdan mühüm görüşdü. Əsas da Turan yolu adlandırılan layihənin baş tutması baxımdan. Bu layihə Rusiya üçün də yeni nəfəslikdi. Bir incə məqam da var, hər nə qədər deyilsə də ki Rusiya bölgənin ağasıdır, artıq Rusiyanın, onun rəhbərinin diqtəsi o qədər də keçmir. Yeni reallıqlar yaranıb. Həm də iki düşmən xalqın hər şeyi unudub yenidən mehriban qonşu olması mümkün görünmür. Ermənilərin iddiası, davranışı bunu stisna edir.

Masada Türkiyənin olmaması Azərbaycan ictimaiyyətində narahatlıq və narazılıq yaradır. Amma Türkiyə bu savaşın tam mərkəzindəydi. Qardaş ölkənin masada olmaması onun Azərbaycana hərbi-siyasi-texniki-mənəvi-informativ dəstəyinin olmasını əngəlləmədi. Hazırda isə Türkiyə Silahlı Qüvvələrinə aid hərbi təyyarələrin Azərbaycana eniş-qalxışının intensiv dövrüdür. Lakin bunu nə Ankara çox qabardır, nə rəsmi Bakı. Xalqı isə bu təyyarələrin gəliş-gedişindən məmnundur.

Azərbaycan və erməni xalqlarının dinc-yanaşı yaşaması, düşmənçiliyi buraxıb mehriban qonşu kimi həyatlarına davam etmələri mümkün görünmür. Erkspertlər bu problemin həllini nədə və necə görürlər?

Azərbaycan Ordusunun Xankəndiyə girməməsinin səbəbkarı Rusiya deyil, Qərbdi. Çünki bu əməliyyat baş tutsaydı, BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul ediləcəkdi. Həmçinin etnik təmizləmə adıyla Avropa İinstitutlarından, ABŞ-dan da Azərbaycana qarşı eyni davranışların olacağı istisna deyildi. Bunun ardınca beynəlxalq birlik ordumuzun Şuşadan və Hadrutdan çıxmasını tələb edəcəkdi. Azərbaycan əlverişsiz duruma düşəcəkdi. Sankiyalar tətbiz ediləcəkdi. İlham Əliyev isə ən psilərin içindən mümkün olan ən yaxşını seçdi. Rusiyaya sülhməramlı mandatın veriməsinə nail oldu. Bununla da Qərbdən gələn məlum dalğanın qarşısını almış oldu. Paraleldə Türkiyənin Azərbaycana yerləşməsini təmin etdi. Bu olduqca incə bir proses idi ki, Azərbaycan lideri bunu uğurla bacardı. Qərb tamamilə neytrallaşdırıldı.

Bütün bu mövzular və dopdolu ölkə gündəmini bu gün “Canlı debat”ın efirində iqtidar-müxalifət debatı formatında müzakirə edirik. Verilişin qonaqları KXCP sədri Mirmahmud Mirəlioğlu və YAP-çı deputat Elman Nəsirovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin