İlham Əliyev: “Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub”

0
105

“Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib”.

RealMedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində hərbçilərlə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub: “Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin