Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.
“A24.az” Media Təqib Mərkəzinə istinadla dövlət komitələri ilə bağlı may ayı üzrə məlumatları təqdim edir:
2017-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 6805 xəbər yerləşdirilib. Bunlardan 11-i mənfi, 652-si müsbət və 6142-si isə neytral xəbərlərdir. Mənfi xəbərlərin hamısı Əmlak Məsələləri Dövlət Komitəsinə (komitə sədri Kərəm Həsənovdan İlham Əliyevə şikayət) məxsusdur. Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (615 xəbər – komitə sədri Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif olunması, gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (37 xəbər – qanunsuz məscid yaradan dini icma sədrinin gizli fəaliyyətinin aşkar olunması) aiddir.
Xəbər sayına görə sıralama:
1 | Dövlət Gömrük Komitəsi | 1992 xəbər |
2 | Dövlət Statistika Komitəsi | 1368 xəbər |
3 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 800 xəbər |
4 | Əmlak Məsələləri Dövlət Komitəsi | 769 xəbər |
5 | Diasporla İş üzrə Dövlət Komitəsi | 557 xəbər |
6 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 520 xəbər |
7 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 439 xəbər |
8 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 278 xəbər |
9 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 40 xəbər |
10 | Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | 26 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1210 xəbər dərc edilib. Bu xəbərlərdən 1155-i neytral, 55-i müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (50 xəbər – komitə sədri Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif olunması, gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (5 xəbər – qanunsuz məscid yaradan dini icma sədrinin gizli fəaliyyətinin aşkar olunması) məxsusdur. May ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
1 | Dövlət Gömrük Komitəsi | 250 xəbər |
2 | Dövlət Statistika Komitəsi | 186 xəbər |
3 | Diasporla İş üzrə Dövlət Komitəsi | 185 xəbər |
4 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 164 xəbər |
5 | Əmlak Məsələləri Dövlət Komitəsi | 145 xəbər |
6 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 94 xəbər |
7 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 88 xəbər |
8 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 87 xəbər |
9 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 8 xəbər |
10 | Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | 2 xəbər |
May ayında televiziya kanallarında komitələr haqqında 591 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 182 xəbər |
2 | Dövlət Gömrük Komitəsi | 164 xəbər |
3 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 78 xəbər |
4 | Dövlət Statistika Komitəsi | 44 xəbər |
5 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 43 xəbər |
6 | Əmlak Məsələləri Dövlət Komitəsi | 40 xəbər |
7 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 33 xəbər |
8 | Diasporla İş üzrə Dövlət Komitəsi | 5 xəbər |
9 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 2 xəbər |
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.