İKİ YÜKSƏK RÜTBƏLİ ABŞ RƏSMİSİ BAKIYA GƏLİR – Səfirlikdən açıqlama

0
108

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer aprelin 24-dən 29-dək Bakıda səfərdə olacaq. Bundan başqa ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson da Azərbaycana gələcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

E.Şoferin missiyası ilə bağlı verilən açıqlamada qeyd olunur ki, ABŞ Cənubi Qafqazın dinc, demokratik və firəvan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir. Məlumatda Endryu Şoferin səfər proqramı barədə məlumat verilmir. Xatırladaq ki, baş müşavir Şofer ötən həftə Ermənistanda səfərdə olub.

ABŞ səfirlinin məlumatında daha sonra qeyd olunur ki, Erika Olson Bakıda hökumət rəsmiləri ilə görüşlər keçirəcək və aprelin 27-28 Bakıda missiya rəhbərlərinin konfransına qatılacaq.

“Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair Baş məsləhətçi Endryu Şofer iştirak edirlər. Bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018 illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib”, – səfirliyin məlumatında bildirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin