İki qarovulçusu olan Bağça qarət edildi – BEYLƏQANDA

0
302
Beyləqan rayon 2 saylı Uşaq Bağçasında oğurluq hadisəsi baş verib.
RealMedia.az xəbər verir ki, iki qarovulçusu olan bağçanın istilik (kombi) sistemi sökülərək oğurlanıb.
Hadisənin hansı saatlarda baş verməsi hələ ki, bəlli deyil.
Baş vermiş oğurluq hadisəsi ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən oğurluq edən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin