İcra Hakimiyyətində açılan güllə…- Mühafizə polisi silahını təhvil verərkən ŞOK anlar yaşandı (YENİLƏNİB)

0
863

RealMedia.az-a sensasion məlumat daxil olub.

Verilən məlumatda iddia olunur ki, ötən həftə Füzuli rayon İcra Hakimiyyətinin inzibati binasında şok olay yaşanıb. İcra Hakimiyyətinin inzibati binasını mühafizə edən Beyləqan Rayonlararası Mühafizə Şöbəsininin mühafizə polisi İlyas Hüseynovun “Makarov” tipli xidməti silahından xidmət vaxtı atəş açılıb. Belə ki, mühafizəçi polislər “naryadı” təhvil verərkən silahla ehtiyatsız davarnıblar və nəticədə güllə açılıaraq, icra hakimiyyətinin divarına dəyib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Mənbənin iddiasına görə hadisə dərhalda ört-basdır edilərək, gizlədilib.

RealMedia.az olaraq hadisənin hansı şəraitdə baş verdiyini dəqiqləşdirmək üçün DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla, daha sonra Baş Mühafizə İdarəsi ilə əlaqə saxladıq. Nazirliyin sözçüsü hadisə barədə məlumatsız olduğunu bildirsə də, qeyd etdi ki, polis orqanı baş vermiş hər hansı, hətta xırda insident barədə yuxarı rəhbərliyə məlumat verməlidir: “Əgər belə bir hadisənin baş verdiyi barədə məlumat təsdiqini taparsa, lazımi tədbir görüləcək ki, növbəti belə hallar yaranmasın”.  Baş Mühafizə İdarəsinin şöbə rəisi Kərəm Quliyev də eyni sözü, hadisə barədə məlumatsız olduğunu bildirdi.

Görünən odur ki, DİN-nin hər iki məsul şəxsi hadisənin baş verib verməməsini nə təsdiq, nə də təkzib ediblər. Belə olan halda isə, hadisənin ört-basdır edilərək, gizlədilməsi faktı özünü doğrulayır.

RealMedia.az

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin