Beyləqanda zibilxana, üfunət, antisanitariya, gəmircəklər və sahibsiz itlər – ŞİKAYƏT

0
197
Beyləqan şəhərinin 20 Yanvar küçəsindəki zibilxananın götürülməsindən şikayət olunur.
 
RealMedia.az xəbər verir ki, “zibil poliqonu” şəhərin böyük hissəsində yaşayan insanların həyatını dözülməz edib.
Yay aylarında axşamlar zibillik yandırılır, rayon mərkəzinin bir qismini pis qoxulu tüstü bürüyür.
Şikayətçilər bildirirlər ki, zibilxanadan gələn üfunət iyindən burda yaşamaq mümkün deyil: “Zibilxana içində yaşayırıq. Üfunət ciddi antisanitariya yaradır. Zibillik gəmiricilərin, sahibsiz itlərin, həşəratların məskəninə çevrilib”.
Həmçinin o da bildirilir ki, buradakı evlərin sakinləri infeksion xəstəliklərlə üzləşiblər: “Həyatımız və sağlamlığımız təhlükə altındadır. Əsl cəhənnəm əzabı yaşayırıq. Beyləqanın müftəxor vəzifə sahibləri bunu görmür”. Sakinlər həmin zibilxananın ləğv edilməsini, antisanitariya vəziyyətinin qarşısının alınmasını aidiyyəti qurumlar tərəfindən araşdırılıb, həyata keçirilməsini xahiş edirlər.
Rayon sakini Əmir Orucov bu “zibil poliqonu” 1994-cü ildən mövcud olduğunu deyir: “Zibil yığını şəhərin 20 Yanvar küçəsinin başlanğıcında yerləşir. Əvvəllər həmin ərazidə yaşayış evləri yox idi. Əhalinin sayı çoxaldıqca, orada fərdi evlər tikilərək məskunlaşma başladı. Bu zibillik köhnə illərin qalığıdır. İllər keçsə də, ora təmizlənmir”.
Əmir Orucov qeyd edir ki, 2019-cu ilin fevral ayında məhəllə sakinləri Beyləqan şəhər icra hakimiyyətinə, eləcə də icra nümayəndəliyinə müraciət edərək zibilliyin ləğv olunmasına çalışıblar. “Bizim səylərimizə baxmayaraq, icra hakimiyyəti qurumları məsələyə biganə yanaşıb”.
Şikayətçi həmçinin vurğulayıb ki, həmin ərazidə toplaşan küçə itləri əlavə təhlükə mənbəyinə çevrilib. “İstərdik ki, bu zibillik rayon mərkəzindən kənar bir yerə köçürülsün və orada yaşayan küçə itləri də uyğun yerlərə aparılsın.”
O iddia edir ki, yeni icra başçısı Asif Ağayev ərazidə yaşayan sakinlərin sözü gedən ərazinin zibillikdən təmizlənəcəyinə söz versə də, hələki bu istiqamətdə müvafiq addımlar atılmayıb.
Qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Beyləqan Şəhər İcra Hakimiyyətinə zəng vursaq da, icra hakimiyyətinin rəsmi saytında göstərilən nömrənin işlək olmaması səbəbindən əlaqə saxlaya bilmədik.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin