İcra başçısı Lənkaranı sahibsiz və baxımsız qoyub – Taleh Qaraşovdan şikayət var (FOTOLAR)

0
511

Yolların təmiri üçün ayrılan milyonların qarşılığında gözə miskin həyat lövhələri görünür. Ölkənin səfalı guşələrində biri sayılan Lənkaranda palçıq dizə çıxıb. Altı təzək üstü bəzək olan Lənkaran icra hakimiyyətində işləyənlərinin işi təzəyə bənzəyir. Deyə bilərik ki, xəstəlik, çirkab mənbəyinə çevrilən bazar və onun ərazisi nə başçının gözündədədin nə də ki, yarıtmaz rayon məmurlarının. Əhaliyə ciddi narazılıq yaradan bu problemlə bağlı redaksiyaya müraciət edən bir qrup şikayətçi də rayonda otağında kondisanerin altında sərinlənən məmurlardan narazılıq edir. Onlar deyir ki, prezidentin göstərişləri və sərəncamları Lənkaranda icra başçısı tərəfindən dondurulub. Beləki, Azerinews.tv -yə üz tutan Lənkəran sakinləri şəhərdaxili yolların bərbad vəziyyətindən narazılıq edirlər. Onların sözlərinə görə, neçə ildən bir kosmetik təmir olunduğundan və sanitar-texniki şərtlərə əməl edilmədiyindən yağıntılı günlərdə mərkəzi prospekt və küçələrin yolları keçilməz olur.Məlumata görə Yolların tikintisi və təmiri ilə bağlı son üç ildə Lənkəran rayonuna prezidentin sərəncamı ilə 12 milyon 800 min manat vəsait ayrılıb.
İcra başçısı Lənkaranı sahibsiz və baxımsız qoyub - Taleh Qaraşovdan şikayət var (FOTOLAR)
Bu ilin aprelində Lənkəran Şəhər İcra Hakimiyyətinə verilən 4 milyon manat vəsaitin təyinatı “Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi” olub. İstər-istəməz sual yaranır: əgər hələ də daxili küçələr bərbad durumdadırsa, bu pullar haraya xərclənib? Deməli icra başçısı və onun əyyanları yaxşıca pul qazanıblar. Və bu barədə də heç kim onlara gözünüz üstə qaşınız var demir. Şikayətçi Cavid Həmidovun sözlərinə görə sakini olduqu Lənkəran şəhərinin indiki acınacaqlı durumu baxımsızlıqda, biganəlikdə, ayrılan vəsaitlərin səmərəsiz istifadə edilməsi ilə əlaqədardır :
“Şəhərin ən böyük bazarının yolu bərbad gündədir. Uzun zamandır ki, Lənkərana ayrılan pullarla ancaq gözlə görünən əsas küçələrə yol çəkilir. Camaatın ən çox istifadə etdiyi yollar isə palçıq əlindən keçilməz haldadır. Hər dəfə yağış yağandan sonra əziyyət çəkirik”.
Şikayətçi bildirib ki, Lənkəranda mərkəzi bazar sayılan ərazini “palçıq küçəsi” adlandırılır.
İcra başçısı Lənkaranı sahibsiz və baxımsız qoyub - Taleh Qaraşovdan şikayət var (FOTOLAR)
Çünki bu küçəyə təmiz geyimdə girib, palçığa batmadan çıxmaq mümkün deyil: “Bazar tamamilə bərbad durumdadır. Şəhərin yolları üçün 7 milyon manat pul ayrılıb. Bu vəsaitlə prezidentin şəhərə gələrkən görəcəyi, keçib-gedəcəyi yerlər- Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi, bir də İcra Hakimiyyətinin qarşısı yüksək səviyyədə təmir edilib. Bu küçələrin ümumi məsafəsi təqribən 15 kilometrdir. Qalan küçələrin hamısı bərbad durumda qalıb. Kanalizasiya xətlərinin üstünü betonlayıb, obyekt tikirlər. Sahibsizlikdir, baxan yox, şikayətimiz də heç yerə çatmır.”

Realmedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin