Hindistanda güclü partlayış nəticəsində yeddi nəfər ölüb

0
51

Hindistanın Kəlküttə şəhərində ofislərin yerləşdiyi binanın 13-cü mərtəbəsində yanğından sonra baş verən güclü partlayış nəticəsində azı yeddi nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə “NDTV” televiziya kanalı xəbər verib.

Ölənlər arasında dörd yanğınsöndürən, bir polis, habelə binada yerləşən dəmir yolu təşkilatının əməkdaşı da var. Beş nəfərin meyiti liftdə tapılıb.

Hadisə yerinə gələn Qərbi Bengal əyalətinin baş naziri Mamata Banerji bildirib ki, faciə yanğın zamanı liftdən istifadə olunması səbəbindən baş verib. Onun sözlərinə görə, hazırda iki nəfər itkin düşmüş hesab olunur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin