Hindistan ABŞ-la ticarət müharibəsinə başlayıb –28 mala əlavə gömrük vergisi tətbiq edilib

0
44
Hindistan ABŞ-dan idxal edilən 28 mala əlavə gömrük vergisi tətbiq edib.
Hindistan Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi gömrük vergiləri bu gündən qüvvəyə minib.
Bu sıraya əsasən badam, alma, yunan qozu kimi mallar daxildir.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Hindistan və Türkiyənin güzəştli ticarət haqqından məhrum edilməsi barədə fərman imzalayıb. D. Tramp bildirib ki, Hindistan ABŞ-a bazarlara bərabər və uyğun şətrlərlə girişi təmin etməyə qarantiya verməyi bacarmayıb. Türkiyə isə inkişaf etməkdə olan ölkələr üçün qəbul olunmuş güzəştlərdən məhrum edilib.
Xatırladaq ki, ABŞ və Hindistan gömrük dərəcələrini keçən ildən, D. Trampın ölkəyə idxal edilən aluminium və polada əlavə vergi tətbiq etməsi ilə dəyişməyə başlayıblar. Hindistan ABŞ-dan idxal edilən 30 mal üçün gömrük vergisini artıracağını bəyan edib. /APA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin