“Hikmət Ağayev Anar Hüseynova “Vita” avtomobili hədiyyə edib, ona görə də …”- KTN-nin şöbə müdirinə qarşı ittiham

0
1381

“Radikal müxalifətin güc mərkəzi Beyləqana köçür – Əli Kərimlinin qohumu aqrar rayonda narazılıq yaradır” sərlövhəli məqalə saytımızın oxucularına təqdim olunandan sonra yazıda bəhs olunan neqativ hadisələrin cərəyan etdiyi Beyləqandan və analoji olayların baş verdiyi Şəki və digər rayonlardan zəhmətkeşlər redaksiyamıza müraciət edərək problemlərini ictimailəşdirməyi xahiş ediblər.

Əvvəlki yazımızda qeyd etmişdik ki,“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə yenicə direktor vəzifəsinə təyin olunmuş Hikmət Ağayev AXCP –nın lideri Əli Kərimlinin yaxın qohumudur.Və siyasi orenitasiyası şüphə doğurur.

Hətta idarəçilik anlayışının nə olduğunu bilməyən, dənli və paxlalı bitkiləri bir-birindən ayırd etməyi bacarmayan biri kimi xarakterizə olunan, üstəgəl, siyasi orientasiyası şübhəli olan bir avtomobil alverçisinin hazırda böyük ümidlər bəslənilən, perspektiv gözlənilən aqrar sektorda mühüm vəzifəyə gətirilməsi haqlı olaraq narazılığa, söz söhbətə səbəb olub.

Bildirilirdi ki, Hikmət Ağayevin KTN-nin “Aran Regional” İdarəsinə direktor təyin edilməsi heç də təssadüfü deyil. Məhz “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynovun Hikmət Ağayevlə maşın alveri olub və şöbə müdirinin H. Ağayevə avtomobil borcu olur və borcun müqabilində də ona vəzifə peşkəş edir.

Bu günləri isə redaksiyamıza keçmiş  Beyləqan “Dostluq Damazlıq” Birliyi Sovxozunun (indiki “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsi – red.) ərazisində yaşayan və uzun illər həmin sovxozda işləmiş bir qrup vətəndaşlar – Quliyev Simran Rüstəm oğlu, Abbasov Talıb Cümşüd oğlu, Əsədov Əsəd İman oğlu, Əmrahov Vüqar Valeh oğlu, Abbasov Ələkbər Çümşüd oğlu, Nağıyev Nəsir Məhər oğlu və ümumilikdə 60 nəfərə yaxın sovxoz sakinləri tərəfindən Prezident İlham Əliyevə, Kənd Təsərrüfatı naziri İnam Kərimova, Baş Prokuror Zakir Qaralova, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə ünvanlanmış şikayət məktubu daxil olub.

Şikayətçi sakinlər yazırlar ki, İdarənin rəisi Hikmət Ağayev 2019-cu ildə  hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə satıb və əldə etdiyi pullarıda havadarları arasında bölüşdürüb:“Bu, korrupsiya deyildə bəz nədir?  Hikmət Ağayev sovxoza direktor təyin olunan ilk gündən işi gücü torpaq satmaqla məşğuldur. O bunu açıq şəkildə edir və heç kimdən də çəkinmir. O da bildirilir ki, Sovxozun vur-tut 2000 baş qoyunu olsa da, həmin ərazilərdə isə on minlərlə qoyun saxlanılır. Hikmət Ağayev bunları görmür? Əlbəttə görür, çünki həmin əraziləri onlara özü verib, daha doğrusu satıb. Bizlərə isə 1 ha torpağı belə icarəyə vermir. Hikmər Ağayev vəzifəsindən sui-istifadə edərək korrupsiyayla məşğuldur, o torpağın hektarını 250-300 manatdan başqa-başqa şəxslərə icarəyə verir”.

Şikayətçilərdən Simran Quliyev yazır ki, atası 52 il, anası 37 il, özü isə 27 il “Dostluq” Qoyunçuluq Sovxozunda  işləyiblər, lakin pay torpaqları yoxdur. Digər vətəndaşlar, Sadıqov Hidayət Fəti oğlu, Abbasov Cümşüd Rza oğlu, Əsədov Əsəd Nəsib oğlu, Quliyev Zülfüqar Gəray oğlu, Sadıqov Əli, Sadıqov Əlizamin Əli oğlu, İsmayılov Tehran Barat oğlu bu Sovxozda uzun illər işləmələrinə baxmayaraq onların da pay torpaqları belə yoxdur.

Sakinlərin şikayətnaməsindən bəzi cümlələrin altını cızırıq:“Sovxozun torpaqlarının bir hissəsini yerli məmurlar, bir hissəsini də Hikmət Ağayev başqa-başqa şəxslərə icarəyə verib. Əcaba, bu şəxslərin xüsusi statusları var, biz bilmirik? Bildiyimiz bir odur ki, Əli Kərimlinin dostu və yaxın qohumu Hikmət Ağayev bu işləri öz başına görmür.Onun arxasında KTN-nin şöbə müdiri (“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin sədri – red.) Anar Hüseynov dayanır, bu baş verən qanunsuzluqlar, korrupsiya əlamətləri onun göstərişi ilə həyata keçirilir. Hikmət Ağayev  bu vəzifəyə gəlmək üçün Anar Hüseynova “Vita” avtomobili hədiyyə edib”.

61 baş iribuynuzlu mal-qara bir gecədə necə oğurlanıb?

Müəssisədə gecə vaxtları oğurluq hadisələri də baş verir: “Müəssisənin direktoru Hikmət Ağayev 17.04.2019-cu il tarixdə gecə müəssisəyə məxsus 61 (altmış bir) baş qaramalı maşınlara yığdıraraq naməlum istiqamətə aparıb. Bu oğurluq deyil, bəs nədir?”

Doğrudan da maraqlıdır ki, Hikmət Ağayevi bu vəzifəyə hansı xidmətlərinə görə təyin ediblər. Onu vəzifəyə irəli çəkəndə niyə maraqlanmayıblar ki, bu adam ölkədə xaos yaratmağa cəhd göstərən, dövləti, hakimiyyəti ləkələməyə çalışan AXCP-nın lideri Əli Kərimlinin dostu və yaxın  adamıdır?

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin