Haftarın Moskvanı gecə ikən tərk etməsi… – Rusiyalı senator

0
57

Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar arasında Moskvada baş tutan görüş bu ölkədə böhranın sülh yolu ilə həlli prosesinə müsbət təsir göstərəcək.

Bu sözləri rusiyalı senator Oleq Morozov Moskvada son görüşləri şərh edərkən deyib.

“Görüşün nəticələri müsbətdir. Bu, böhranın sülh yolu ilə həllində daha çox irəliləyiş əldə etmək üçün yaradılan zəmindir”, – senator bildirib.

Morozov eyni zamanda Haftarın razılaşmanı imzalamadan Moskvadan getməsinin növbəti mərhələyə keçidi çətinləşdirdiyini vurğulayıb:

“Onun (Haftar) istəyi olmadan irəli getmək çox çətin olacaq. Lakin onun müzakirə prosesinə qoşulma şansının olduğunu düşünürəm”.

Qeyd edək ki, Haftar 13 yanvarda Fayez Sərracla atəşkəs müqaviləsini imzalamadan Moskvanı gecə vaxtı tərk edib. O, Moskvadan gedən kimi Tripolinin cənubunda yenidən toqquşmalara start verilib.(Axar.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin