Hadı Rəcəbli əlinə “lapatka” alıb qaydaları belə pozdu – Foto

0
680

Namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülən Hadı Rəcəblinin təbliğat-təşviqat kampaniyasının asan keçmədiyi, seçicilərin nümayişkaranə şəkildə ona etimadsızlıq göstərmələri haqda məlumatlar daxil olur.

“Yeni Sabah” xəbər verir ki, Hadı Rəcəblinin hətta böyüyüb boya-başa çatdığı Lənkəran rayonunun Viravul kəndinindən belə səs alacağı şübhəli görünür.

Əleyhinə olan ictimai rəyi xeyrinə dəyişmək üçün isə deputatlığa namizəd Seçki Məcəlləsinin müvafiq bəndini pozmaqdan belə çəkinməyib. Belə ki, o seçicilərin səslərini almaq üçün dağ kəndi Bəletona yol çəkməsi haqda məlumatları dövriyyəyə buraxıb.

Göründüyü kimi adıçəkilən kənd yollarının Lənkəran rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir edilməsinə baxmayaraq Hadı Rəcəbli bu işi öz adına yazmaqla itirmiş olduğu nüfuzunu bərpa etməyə çalışır.

Fotolardan da göründüyü kimi Hadı Rəcəbli əlinə bel, külüng alaraq icra hakimiyyətinin gördüyü işlərdən özünün təbliğatı üçün istifadə etməyə uğursuz cəhd göstərib.

Fotoları diqqətinizə təqdim etməklə qarşı tərəfin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk.(Sfera.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin