Türkiyəli aktrisa Amine Gülşe ötən gün İstanbulun Etilər səmtində görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa yeni avtomobili ilə diqqət çəkib. Nəqliyyat vasitəsinin Türkiyədə 18 milyon lirə olduğu məlum olub.
Aktrisanın futbolçu həyat yoldaşı Məsud Özilinin “Lamborghini” markalı avtomobili 500 min avroya (təxminən 941 min manat) Almaniyadan aldığı ortaya çıxıb.