Hərbçilərimiz Zəngilanın Ağbənd qəsəbəsindən Ali Baş Komandana raport verdilər – VİDEO

0
80

Müzəffər ordumuz torpaqlarımızı erməni işğalından azad etməyə davam edir.

Zəngilan rayonunun işğaldan azad edilmiş Ağbənd qəsəbəsində Azərbaycan bayrağı qaldırılıb.

Qeyd edək ki, Dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə hərbçilərimiz Zəngilanın Ağbənd qəsəbəsindən Ali Baş Komandana raport verib:

“Möhtərəm Prezident!

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan rayonunun Ağbənd sərhəd zastavası işğaldan azad edilmişdir. Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 km-i işğaldan tam azad edilmişdir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Prezident İlham Əliyev də dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib.

RealMedia.az sözügedən görüntüləri təqdim edir:

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin