Həftəsonu küçəyə çıxma qadağası ləğv edildi

0
2122

Türkiyədə həftəsonu küçəyə çıxma qadağası ləğv olunub.

Bu barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterində yazıb.

Prezident bildirib ki, artıq bu tədbirin icrasına lüzum yoxdur: “15 bölgəmizi əhatə edən həftəsonu küçəyə çıxma qadağasını ləğv etmək qərarına gəldim. Bildiyiniz kimi, pandemiya dövründə millətimizi koronavirusdan qorumaq üçün çox sayda tədbir gördük. Ən son məhdudiyyətlərdən sonra həftəsonu küçəyə çıxma qadağasını tətbiq etməyi düşünmürdük. Amma yoluxma sayının 700-ə qədər çıxması bu qadağanı gündəmə gətirdi.

Səhiyyə Nazirliyimizin tövsiyəsi və Daxili İşlər Nazirliyimizin təlimatı əsasında ötən gün gecə bu həftəsonu da küçəyə çıxma qadağası elan olunmuşdu. Lakin vətəndaşlarımızdan gələn reaksiyalardan sonra qərarı bir daha nəzərdən keçirdik. 2,5 ay fasilədən sonra normal həyata addım-addım geri qayıdan vətəndaşların gündəlik həyat tərzini pozmaq ürəyimizə yatmadı”.(Publika)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin