Həbsdəki MTN generalı Prezidentdən əfv diləyir – Rəsmən MÜRACİƏT EDİB

0
49

Hazırda 9 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev əfv olunmaq istəyir.

Əfv Komissiyasının adının çəkilməsini istəməyən üzvlərindən birinin Gununsesi.info-ya verdiyi xəbərə görə, sabiq MTN rəsmisi Prezidentdən onu bağışlamasını xahiş edib.

Qeyd edək ki, bir sıra vəzifə cinayətlərində ittiham olunan Elçin Quliyev keçmiş nazir Eldar Mahmudovun əsas adamlarından biri kimi tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xatırladaq ki, Elçin Quliyev 2013-cü ildə saytımızın baş redaktoru Pərviz Həşimlinin qurama həbsini həyata keçirən şəxs olub.

Gələn ay Azərbaycanda yeni əfv sərəncamı gözlənilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin