Həbibdən Makqreqor haqqında inanılmaz sözlər

0
98

Məşhur UFC döyüşçüsü Həbib Nurməhəmmədov ilk dəfə irlandiyalı rəqibi Konor Makqreqor ilə bağlı məyusluğunu açıqlayıb.

RealMedia.az xəbər verir ki, Nurməhəmmədov Makqreqorun döyüş zamanı psixoloji təzyiqə tab gətirmədiyini bildirib.

“Döyüş zamanı o, çox şey barədə danışırdı. Lakin mən ona üstün gəlməyə başlayanda, o dərhal rejimi dəyişdirdi və sadəcə biznes barədə danışdı. Hətta bu, bir az məyus etdi məni… Düşünürdüm ki, Makqreqor psixoloji olaraq daha dözümlüdür”, – deyə H.Nurməhəmmədov bildirib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov karyerasını sonlandırdıqdan sonra Makqreqor onu yenidən döyüşə dəvət etmişdi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin