Gürcüstanın baş naziri müsəlman dini lidelərlə görüşüb

0
860

Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkənin müsəlman dini liderləri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

O deyib ki, Gürcüstanın gücü onun müxtəlifliyindədir: “Biz həmişə müxtəlifliyi qoruyub saxlamışıq və bundan sonra da onun qayğısına qalacağıq”.

G.Qaxarianın sözlərinə görə, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi naminə çalışması çox önəmlidir: “Biz bu ölkəni bir yerdə qururuq və gələcəyi üçün birgə işlər görürük”.

Baş nazir müsəlmanlara uğurlar, cansağlığı və firavanlıq arzulayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin