GÜLAĞA TƏNHANI KİM VƏ NƏ ÜÇÜN ZƏHƏRLƏYİB? – YENİLƏNİB

0
849
“Təzadlar”a MƏŞHUR ŞAHMATÇI ZEYNƏB MƏMMƏDYAROVA və xeyriyyəçi Gülağa Qənbərov (Tənha) İLƏ BAĞLI SENSASİON MƏKTUB daxil olub…

Bir neçə gün əvvəl “Təzadlar” qəzetinin elektron poçtuna 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Deputatlığa namizəd, Sumqayıt Bələdiyyəsinin üzvü, tanınmış şahmatçı Zeynəb Məmmədyarova ilə bağlı sensasion məktub daxil olub… Məktubun kim tərəfindən və nə məqsədlə yazıldığı və nə üçün məhz “Təzadlar” qəzetinə göndərildiyi bizim üçün aydındır. Lakin təəssüflər olsun ki, həmin məktub-yazını Z.Məmmədyarovanın mövqeyini öyrənmədən dərc etmək hələ ki mümkün deyil: həm peşə etikası baxımından, həm də məktubdakı olduqca ciddi faktlara ən azı qarşı tərəfin mövqeyini öyrənmədən dərc etmək düzgün olmazdı.

Məsələyə aydınlıq gətirmək üçün isə Sumqayıt Bələdiyyəsinin elektron poçtuna, eləcə də Zeynəb Məmmədyarovanın facebook səhifəsinə, həmçinin həmin səhifədəki məktub bölümünə yazaraq, bizimlə əlaqə saxlamasını xahiş etmişik. Təəssüflər olsun, hələ də cavab yoxdur. Amma cəhdlərimiz davam edir.
Eləcə də həmin sensasion məktubu Gülağa Tənhanın nümayəndələrinə göndərmişik, xahiş etmişik ki, mövqelərini bildirsinlər. Bu barədə isə yanvarın 20-də qəzetin rəsmi saytında xəbər yerləşdirilmişdir. Dərhal Gülağa Tənhanın köməkçisi olan Arif Əliyevdən bizə belə bir elektron cavab məktubu gəlmişdir: “Mən şair Gülağa Tənhanın köməkçisiyəm. Adı çəkilən sensasion məktub təkcə sizin redaksiyanın yox, digər saytların elektron ünvanlarına da daxil olmuşdur. Həmin məktubun nüsxəsi mənə çatdırılıb. Məktubun yazılması və müəllifi barədə məndə heç bir məlumat yoxdur. Arif Əliyev”.
***
Xatırladırıq ki, məktub başdan ayağa Z.Məmmədyarovanın birinci həyat yoldaşı Gülağa Tənha (Qənbərov) ilə istər əvvəlki dost-mehriban, istərsə də hazırkı düşmən münasibətlərinə və s. aiddir. Məktubdan da aydın olur ki, cütlük bir müddət əvvəl boşanıblar, sonradan isə bir dəfə barışıblar, lakin yenidən düşmənə çevriliblər. Biz KİV olaraq araşdırdıq, məktubda üstüörtülü yazılsa da, bu qatı düşmənçiliyə gətirib çıxaran əsl səbəbi öyrəndik… Hətta məktubdan o da aydın olur ki, guya (sübut olmadığından belə deyirik) Z.Məmmədyarova Gülağa Tənhanı bir dəfə zəhərləyib və… Bunun da nə məqsədə edildiyi məktubda aydın şəkildə şərh edilir.
Ümumiyyətlə, məktubda sensasion faktlar yer alır və təkrar edirik, həm Gülağa Tənhanın, həm də Zeynəb Məmmədyarovanın mövqeyini sonadək öyrənməyə çalışmışıq.

Gülağa Tənha mövqeyini açıqladı, amma…

Beləcə, Gülağa Tənhaya mövqeyini bildirməsi üçün onun yaxınlarından olan bir tanınmış jurnalistə həmin məktubun elektron versiyasını göndərdik. Təxminən iki saat sonra saytların birində “GÜLAĞA QƏNBƏROV (TƏNHA): Allah mənə səbr-sizə isə ağıl versin! MÜSAHİBƏ” başlıqlı müsahibə ilə tanış olduq. Müsahibədə deyilirdi:
“Redaksiyamızın əməkdaşı tanımış iş adamı, xeyriyyəçı-şair Gülağa (Tənha) Qənbərovdan musahibə almağa nail olmuşdur. Almaniyada gərgin iş başında olan həmyerlimiz, vaxtının az olmasına baxmayaraq, qısa da olsa gündəmdə olan məsələlərə münasibətini bildirib. Yeri gəlmişkən, elə iş başında olarkən, öz foto şəkilini də çəkib, WhatsApp-la bizə göndərib. (Fotonu oxucularımıza təqdim edirik)
***
– Gülağa müəllim, kütləvi informasiya vasitələrində sizinlə şahmatçı Zeynəb Məmmədyarova ilə birgə ailə həyatınız barədə müsahibələr və məqalələr dərc olunur. Bununla əlaqədar münasibətinizi bilmək istərdik.
– Ailə mövzusu ilə bağlı mən heç vaxt müsahibə, və hər hansı bir açıqlama etməmişəm və etmək fikrim də yoxdur! Şəxsən mən öz şəxsi həyatım barədə hər hansı bir məlumati, Zeynəb xanımın məsuliyyətsizliyinə uyub, ətrafdakılarla bölüşməyi, kənar adamların müzakirə mövzusuna çevrilməyi xoşlamıram. Mənim üçün ailə müqəddəsdir! Ailənin sirri yalnız və yalnız ailəyə aiddir!
Əgər Zeynəb xanım bu barədə vaxtaşırı ağızdolusu danışırsa, deməli hələ də məni yaddan çıxara bilmir və ən nəhayət məndən uğurlu, yüksək intelektli kişi tapa bilməyib .Mənim Zeynəb xanıma həsr etdiyim bir şeirimin, bir misrasını hansısa bir kişi ona həsr etsəydi, bəlkə də yazıq qızcığaz təsəlli tapardı… Mən isə məni qane etməyənləri çox tez və asanliqla unuduram. Çünki həyat qısadır . Onu mənalı və cəmiyyət üçün yararlı yaşamaq lazımdır. Zeynəb xanımla, 2010-cu ildə ayrıldıqdan sonra, 2012-ci ildə xoşbəxt ailə qurmuşam! Son səkkiz ildə dörd övladım dünyaya göz açıb! Bu gün mən xoşbəxt ailə başçısıyam, xoşbəxt atayam! Üç aylıq körpəmi-qağayı kimi qığıldaya-qığıldaya çırpınan , mələk xislətli balamı bağrıma basıb Allahıma şükür edirəm! İşdən sonra evə qayıdanda , qapını açan kimi , iki yaşlı oğlum ata-ata deyə-deyə qollarını açıb, üstümə qaçanda, həyat yoldaşım məni gülərüz qarşılayıb , boynuma sarılanda , üzümdən öpüb qayğıma qalanda, paltomu asılqandan asanda…özümü dünyanın ən xoşbəxti hiss edirəm! Altı nəfərdən ibarət bütün ailə üzvləri -dörd balam, həyat yoldaşım və mən yemək masasının arxasında birgə şam yeməyi yeyəndən (üc aylıq körpəmiz artıq toyuğun budunu sovurur) sonra isə üç oğlum məni yerə uzadıb, qarnımın üstündə cütcü rəqsi oynayanda…”Allahıma min şükür “-deyirəm! Bundan böyük səadət-xoşbəxtlik ola bilərmi?
Bax bu ailə xoşbəxtliyini Allahım mənə nəsib edib! Mən bunu Zeynəb xanıma da arzu edirəm.
“Bəziləri isə hər yaz gələndə ayaqqabı dəyişən kimi, kişini də dəyişirlər…” və bu mentalitetimizə yaraşmayan vulqar həyat tərzini ictimailəşdirməklə, fəxr edirlər! Bu barədə gülə-gülə, sevinə-sevinə ağızdolusu danışırlar. Zənnimcə bu ağlamalı haldır! Belə insanlara yazığım gəlir. Belə insanlara nə deyə bilərəm? Allah mənə səbr-sizə isə ağıl versin!
– Saytların birində Zeynəb xanım Sizinlə birgə ailə həyatiniz dövründə “kefkom” olduğunuzu vurğulayaraq, uzun müddət ərzində sizi tapa bilmədiyini söyləmişdir.
– Əvvəla, mənə elə gəlir ki, qadınlar bəzən məsuliyyətsizlikdən, qiybət etməyi xoşlayırlar…
Jurnalistlər də bu tip xanımların məsuliyyətsizliyindən istifadə edərək, onları öz reytingi naminə, açıq və lazimsız söhbətlərə cəlb edirlər… Birinci onu deyə bilərəm ki, hər bir abrı-həyası olan qadin, üç dəfə və ya on üç dəfə ərə getməyini cəmiyyətdə reklam etməsə, daha ismətli xanım kimi təsəvvür yaradardı. Bu əsil Azərbaycan qadını ücün gülməlı və ya fəxr etməli hal deyil . Ağlamalı haldır.Onlarla ağıllı və düşüncəli olan analarımız birinci dəfə boşandıqdan sonra həyatlarını öz övladlarına sərf ediblər. İkinci və ya üçüncü dəfə ərə getməyiblər . Bəzən bunu etsələr də , elə ağılla hərəkət ediblər ki, heç doğma balaları bunu bilməyib. Çalışıblar ki, psixoloji tərbiyə nöqtəyi-nəzərdən, uşaqlar zərbə almasınlar. Əfsuslar olsun ki, bu gün bizim bəzi mənəvi dəyərlərimiz cılızlaşıb. Xanımlar öz əxlaqsızlıqları ilə fəxr edirlər… Görəsən belə xanımların ağsaqqal ataları, qeyrətli qardaşları bunu necə qəbul edirlər? (Yeri gəlmışkən qeyd edim ki, Zeynəb xanımın anasına şəxsən mənim böyük hörmətim və məhəbbətim var. Qaynanamın həmişə hörmətini saxlamışam və ömrümün sonuna qədər öz anam kimi qayğısına qalacam.)
Bilirsinizmi, alim olmaq, cilid-cilid kitablar yazmaq və ya dünya şöhrətli şahmatçı olmaq-bu hələ cəmiyyət üçün müdrük və dəyərli insan olmaq demək deyil! Alicənab insan gərək öz alicənablığını hər bir hərəkətində, hər bir davranışında və danışığında cəmiyyətlə bölüşsün. Cəmiyyətin və gələcək nəslin tərbiyəsinə müsbət təsir göstərə bilsin, cəmiyyət ücün dəyərli insan kimi tanınsın.
Mən 2002-ci ildən 2010-cu ilə qədər, 8 il müddətində Zeynəb xanımı cəmiyyət ücün şəxsiyyət kimi yetişdirməyə, dəyərli insan kimi tərbiyə etməyə çalışdım! Əfsuslar olsun ki, səbrim tükəndi, həyatımı yararsız və mənasız yaşamaq istəmədim! Amma, hər bir halda Zeynəb Məmmədyarova oğlum Eltonun anasıdır. Övlad isə hər bir ata üçün əziz və toxunulmazdır!

Müsahibəni götürdü: RAMİZ MİRZƏ”

“Təzadlar”dan: Tezliklə Zeynəb Məmmədyarovanın da mövqeyini təqdim edəcəyik.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

GÜLAĞA TƏNHANI KİM VƏ NƏ ÜÇÜN ZƏHƏRLƏYİB? - YENİLƏNİB

arif əliyev
Tarih 20 yanvar 2020 22:44 #: 1
Şərhlər: 0
Mən şair Gülağa Tənhanın köməkçisiyəm. Adı çəkilən sensasion məktub təkcə sizin redaksiyanın yox, digər saytların elektron ünvanlarına da daxil olmuşdur. Həmin mərktubun nüsxəsi mənə çatdırılıb.Məktubun yazılması və müəllifi barədə məndə heş bir məlumat yoxdur.
Arif Əliyev
REDAKSIYADAN: cənab Arif Əliyev, həmin məktub başqa heç bir yerə göndərilməyib, bizə təqdim edilib. Onu adını çəkmədiyiniz, amma Gülağa Tənhaya yaxınlığı olan …az saytının rəhbərinə biz göndərmişik ki, köməkçisi olduğunuz şairlə əlaqə saxlasın, qarşı tərəf mövqeyini bildirsin. Çünki şairlə əlaqə yaratmaq Azərbaycan KİV-ləri üçün müşkül məsələdir, bilirsiniz. Çox yaxşı, Gülağa Tənhanın bu barədə mövqeyi varsa, buyursun… Zeynəb Məmmədyarova ilə əlaqə saxlanılıb, bu gün həmin məktubda qeyd edilənlərə münasibəti olacaq, yəqin ki redaksiyaya gəlsin… Bu gün saat 15:00-a kimi vaxt var, sonra dərc ediləcək…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin