Gülağa Tənha baş redaktoru 100 manat cərimələtdirdi – Baş redaktor apelyasiya şikayəti verdi

0
407

Artıq yarım ildir ki, iddiaçı Qənbərov Gülağa (Gülağa Tənha) Məmi oğlu ilə jurnalist, “RealMedia.az” saytının baş redkatoru Ramin Məhəmmədoğlu (Qurbanov) arasında sürən məhkəmə çəkişməsi yekunlaşıb.

Bakı şəhər Nərimanov rayon məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Qənbərov Gülağa Məmi oğlunun iddiası qismən təmin olunub. Məhkəmə Qurbanov Ramin Məhəmmədoğlundan mənəvi zərər kimi 100 manat məbləğində pul tutularaq iddiaçı Qənbərov Gülağa (Milyonçu Gülağa) Məmi oğluna ödənilməsinə dair qətnamə qət etmişdir. Baş redaktor isə həmin qətnamədən apelyasıya qaydasında şikayəti verib.

Baş redaktor qeyd edir ki, iddiaçı Qənbərov Gülağa (Gülağa Tənha)Məmi oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində cavabdehlər “Legion.az” internet saytının məsul redaktoru “Legion İnformasiya Agentliyi” MMC-yə, “RealMedia.az” internet saytının məsul redaktoru Qurbanov Ramin Məhəmməd oğluna, “Dia.az” internet saytının məsul redaktoru Zamanov Məhəmməd Sevindik oğluna və “Heqiqixeber.com” internet saytının məsul redaktoru Usubova Mahrub Ələkbər qızına qarşı “şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Legion.az, “RealMedia.az”, saytının “Dia.az” və “Heqiqixeber.com” internet saytlarında özü barəsində yayılmış məlumatların onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və cavabdehlərə həmin məlumatları təkzib edərək, yazıların dərc olunduğu internet saytlarından yığışdırılması (silinməsi) və həmin saytlarda iddiaçıdan üzr istəniməsi vəzifəsini həvalə edilməsi, cavabdehlərdən mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı Qənbərov Gülağa Məmi oğluna ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

İddiaçı Qəmbərov Gülağa Məmi oğlu məhkəmədə ərizəsini belə əsaslandırmışdır: ”…Legion” internet saytında 29 aprel 2017-ci il tarixdə dərc edilmiş “Rusiyada Habil Vəliyevin müdafiə mitinqini hansı məmur maliyyələşdirib?” başlıqlı, “RealMedia.az” internet saytında 29 noyabr 2017-ci il taridə “12 milyonluq qalmaqal yenidən gündəmdə – Milyonçu şairin tutdurduğu iş adamı azadlığa çıxır?” başlıqlı və 24 dekabr 2017-ci il tarixdə “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir?” başlıqlı, “Dia.az” saytında 17 avqust 2016-cı il tarixdə “Eldar Mahmudovun şair dostu və onun məmur şəriki haqda” başlıqlı və 18 mart 2019-cu il tarixdə “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir?”, eləcə də “Heqiqixeber.com” internet saytında 09 oktyabr 2019-cu il tarixdə “O qədər kasıb idi ki, çörək ala bilmirdi – Azərbaycanlı milyonçu” başlıqlı məqalələrdə iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayılmış, böhtan xarakterli qərəzli məlumatlar əks etdirilmiş, iddiaçı barəsində təhqiramiz ifadələr işlədilmiş, onun şərəf və ləyaqəti alçaldılmışdır”.

Baş redaktor bildirir ki, Qənbərov Gülağa Məmi oğlu barəsində yayılmış həmin məlumatların onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməsini və cavadehlərə həmin məlumatları təkzib edərək, onların dərc olunduğu internet saytlarında iddiaçıdan üzr istənilməsi vəzifəsi həvalə edilməli, habelə mənəvi zərər kimi 100.000(bir yüz min) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması tələbini məhkəmədə irəli sürmüşdür.

Məhkəmə prosesində iddiaçı Qənbərov Gülağa Məmi oğlunun nümayəndəsi Quliyev Ağalar Avtandil oğlu 02 iyun 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “RealMedia.az” internet saytında 24 dekabr 2017-ci il tarixdə “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir?” başlıqlı məqalədə və “Dia.az” saytında 17 avqust 2016-cı il tarixdə “Eldar Mahmudovun şair dostu və onun məmur şəriki haqda” başlıqlı və 18 mart 2019-cu il tarixdə “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir?”başlıqlı məqalələrin Qənbərov Gülağa Məmi oğlunun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və cavabdehlərə həmin məlumatları təkzib edərək, yazıların dərc olunduğu internet saytlarından yığışdırılması və həmin saytlarda iddiaçıdan üzr istəniməsi vəzifəsini həvalə edilməsi; cavabdehlərdən “RealMedia.az” saytının məsul redaktoru Qurbanov Ramin Məhəmməd oğlundan və “Dia.az” saytının məsul redaktoru Zamanov Məhəmməd Sevindik oğlundan mənəvi zərərə kimi 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı Qənbərov Gülağa Məmi oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddiaçı Qəmbərov Gülağa Məmi oğlunun nümayəndəsi vəkil Quliyev Ağalar Avtandil oğlu 02 iyun 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Qənbərov Gülağa Məmi oğlunun cavadehlər “Legion.az” internet saytının məsul redaktoru “Legion İnformasiya Agentliyi” MMC-yə, “RealMedia.az” internet saytının məsul redaktoru Qurbanov Ramin Məhəmməd oğluna, “Dia.az” internet saytının məsul redaktoru Zamanov Məhəmməd Sevindik oğluna və “Heqiqixeber.com” internet saytının məsul redaktoru Usubova Mahrub Ələkbər qızına qarşı “şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(005)-388/2020 nömrəli mülki iş üzrə cavabdehlər “Legion İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Heqiqixeber.com” internet saytının məsul redaktoru Usubova Mhruq Ələkbər qızı ilə bağlı hissədə iddia ərizəsini geri götürmək qərarı verdiyindən və bu iki cavabadehə münasibətdə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Bakı şəhər Nərimanov Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(005)-388/2020 nömrəli qərardadı ilə iddiaçı Qəmbərov Gülağa Məmi oğlu cavabdehlər “Legion.az” internet saytının məsul redaktoru “Legion İnformasiya Agentliyi” MMC-yə, “RealMedia.az” internet saytının məsul redaktoru Qurbanov Ramin Məhəmməd oğluna, “Dia.az” internet saytının məsul redaktoru Zamanov Məhəmməd Sevindik oğluna və “Heqiqixeber.com” internet saytının məsul redaktoru Usubova Mahrub Ələkbər qızına qarşı “şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi cavadehlər Legion İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Heqiqixeber.com” internet saytının məsul redaktoru Usubova Mahrub Ələkbər qızına qarşı münasibətdə baxılmamış saxlanılmışdır.

Baş redaktor Ramin Məhəmmədoğlu bildirir ki, iddiaçı Qənbərov Gülağa (Gülağa Tənha) Məmi oğlu iddia tələbində mənimlə bağlı hissəsini belə əsaslandırmışdır ki, “RealMedia.az” saytında 24 dekabr 2017-ci il tarixində “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir? başlıqlı məqalə dərc edilmiş və həmin məqalədə onun şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələyən məlumatlar dərc edilmişdir.

Lakin Bakı şəhər Nərimanov rayon Məhkəməsi(hakim Gültəkin Əsədova) iddiaçı Qənbərov Gülağa Məmi oğlunun iddisını qismən təmin edərək “RealMedia.az” internet saytında dərc edilmiş 24 dekabr 2017-ci il tarixdə “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir? başlıqlı məqalədə və “Dia.az” internet saytında 17 avqust 2016-cı il tarixdə “Eldar Mahmudovun şair dostu və onun məmur şəriki haqda” başlıqlı və 18 mart 2019-cu il tarixdə “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir? başlıqlı məqalələrin Qənbərov Gülağa Məmi oğlunun şərəfini, ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məqalələr kimi hesab etmiş və cavadehlərdən həmin məqalələri təkzib etmək və həmin məqalənin saytdan çıxarılması, eləcə də cavadeh “RealMedia.az” internet saytının məsul redaktoru Qurbanov Ramin Məhəmməd oğlundan mənəvi zərər kimi 100 manat, “Dia.az” saytının məsul redaktoru Zamanov Məhəmməd Sevindik oğlundan mənəvi zərər kimi 100 manat məbləğində pul tutularaq iddiaçı Qənbərov Gülağa Məmi oğluna ödənilməsinə dair qətnamə qət etmişdir.

“Hesab edirəm ki, məhkəmə önçəliklə mənim mətbu fəaliyyətimdən dolayı cavabdeh qismində məhkəməyə verildiyimi xüsusilə nəzərə almalı, mənə qarşı irəli sürülmüş ittihamın dəlillərini araşdırarkən fəaliyyətimin KİV haqqında qanunla uyğunlaşdırmalı olduğu halda bunu etməmiş və nəticədə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozmuşdur.”

Baş redaktor Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsiylə razı olmadığını deyir. Və hesab edir ki, qətnamə qəbul edilərkən həm Prosessual qanunvericiliyin tələbləri, həm də Heydər Əliyev tərəfindən qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli, 769-IQ №-li “Kütləvi informasiya vasitələri haqqında”Azərbaycan Respublikasının Qanununun 62, 44, 32 –ci maddələrinin tələblərini kobud şəkildə pozaraq qətnamə qəbul etmişdir.

“Ümumiyyətlə, məhkəmənin bu qətnaməsi “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun bir başa tələblərini pozmaqla yanaşı, həm də onun ləğvi üçün də bir əsasdır. Çünki hər bir KİV nümayəndələrinin (jurnalistlərin) fəaliyyəti bu qanunla müəyyənləşdirilir və tənzimlənir. Lakin Nərimanov rayon məhkəməsi (hakim Gültəkin Əsədova) qətnamə qəbul edərkən bu qanunun tələblərini nəzərə almadan, onun əlehinə, hətta ləğvinə belə hesablanacaq qərar qəbul etmişdir”.

Baş redaktor Bakı şəhər Nərimanov rayon Məhkəməsinin mülki iş üzrə 2(005)-388/2020 saylı 16 iyun 2020 -ci il tarixli qətnaməsini ləğv edilməsi, iddiaçı Qənbərov Gülağa Məmi oğlunun iddia tələbinin rədd edilərək yeni qətnamə qəbul edilməsi üçün Apelyasiya qaydasında şikayət verib.

R. Məhəmmədoğlu onu da bildirir ki, zərurət yaranarsa ədalətli qərar qəbul edilməsi üçün Avropa İnsan Hüquqları (Avropa məhkəməsinə) Məhkəməsinə qədər mübarizə aparacaq.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin