“”Gey” futbolçulara hörmət etməliyik”

0
844

“Manchester United”in futbolçusu Pol Poqba DÇ-2018 haqqında danışarkən homoseksuallıq və rasizm haqqında da öz fikirlərini bildirib.

Ulduz futbolçu açıqlamasında hamının bərabərhüquqlu olduğunu vurğulayıb:

“Mən futbolda belə tip insanlar görməmişəm, amma niyə də yox?! Onların şəxsi həyatlarının futbol karyeralarına aidiyyatı yoxdur. Onlar bizə hörmət etdiyi kimi biz də onlara hörmət etməliyik. Hamımız bərabər hüquqluyuq. Biz çinli, afrikalı, fransız, amerikalı oğlanlara verdiyimiz dəyəri həmçinin onlara da verməliyik. Dünya Çempionatı böyük yarışdır və hamımız qalib gəlmək istəyirik. Qarşılıqlı hörmət stadionda və kənarda həmişə olub, ümid edirəm bu heç vaxt dəyişməyəcək. Hər şeyin yaxşı olması üçün biz gender bərabərliyi və rasizm haqqında müzakirələr aparmalıyıq. Biz buna qarşı olmalıyıq və bu haqda hər kəsi məlumatlandırmalıyıq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin