Gedəcəyi vaxt bəllidir… – Radikal islahatlar gözlənilir

0
3768
Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə xəbəri hökumətdəki mötəbər mənbələr verib. Xəbəri verən qaynaq iddia edir ki, Fazil Məmmədovun ardından Aydın Əliyevin də vəzifəsindən kənarlaşdırılması bəlli bir prosesin davamı kimi qəbul olnmalıdır.
“Dəyişiklik yanvar ayında, yanvarın sonlarına qədər baş tutacaq. Fazil Məmmədovla eyni səngərdə yer alan Aydın Əliyevin gedişindən sonra isə gömrük ssistemində ciddi islahat və dəyişikliklər baş tutacaq”.

Sayt onu da yazır ki, Fazil Məmmədovun yerinə təyin olunan kaçmiş Təhsil Naziri Mikayıl Cabbarov da hələlik hansısa kadr islahatı həyata keçirməyib. Bunu da onunla əlaqələndirirlər ki, həm Vergilər Nazirliyində və həm də DGK-da proseslər paralel aparılacaq. Mənbə bu barədə əlavə olaraq onu da bildirib ki, ola bilsin, hətta hər iki qurumun birləşdirilməsi qərarı da verilsin. Necə ki, Nəqliyyat Nazirliyi ləğv olunaraq Əli Abbasovun yerinə təyin olunmuş Ramin Quluzadənin sərəncamına verildi, eləcə də anoloji prosesin DGK ilə bağlı da həyata keçirilməsi gözlənilir.(dia.az)

RealMedia.az 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin