“Gecikmədən səfərbərlik elan edilməli, müharibəyə başlanılmalıdır”

0
1003

«20 ildir ki, başımızın altına yastıq qoyurlar, biz də arxayınlaşırıq. Amma ermənilər o biri tərəfdən Qarabağda məskunlaşmağa başlayıblar».

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib.

O bildirib ki, ermənilərin Qarabağa yerləşməsi Azərbaycana utanc gətirən haldır:

«Azərbaycanın torpaqları işğal altındadır və hüquqlarından istifadə edib müharibə yolu ilə torpaqlarını azad edə bilər. Görünür, erməniləri kimlərsə arxayın salır. Yoxsa, erməni kimi qorxaq millətin nümayəndələri Qarabağa gələ bilməz. Mən bir şeyi anlamıram, biz nəyi gözləyirik? Ordumuzda güc var, biz buna inanırıq. Ali Baş Komandanımız da cəsarətli şəxsdir. ATƏT-in Mink Qrupunun həmsədrlərinə inanmaq lazım deyil. Onlardan bizə xeyir gələn deyil. Onlar baş qatmaqla məşğuldurlar və istəyirlər ki, xalq Qarabağ məsələsini unutsun. Gəlirlər, yeyib-içirlər, ciblərini doldururlar. Yalandan bir bəyanat verib gedirlər. Bunun bizə xeyri yoxdur, amma ermənilərə var. Artıq Qarabağda yerləşirlər, özlərinə aeroport belə tikiblər. Bu vəziyyət bəzilərinə xeyir verir. Qaçqınlara şəhərciklər salınır, bəziləri də milyonlarla pul qazanır. Yaxşı olar ki, torpaqlarımızı alaq, gedib şəhərcikləri öz el-obamızda tikək».

Partiya sədri onu da bildirib ki, artıq müharibəyə start verməyin zamanıdır:

«Əziz qardaşım, Ali Baş Komandandan xahiş edirəm ki, müharibə başlasın. Hamımız silaha sarılaq torpaqlarımızı azad edək. Mən Azərbaycan siyasi qüvvələrinə də çağırış edirəm ki, bu məsələdə vahid mövqedən çıxış edək. Həm daxildə təmizləmə işi aparaq, həm də torpaqlarımızı ermənilərdən təzmizəyək. Ona görə də mən müharibə tərəfdarıyam. Gecikmədən səfərbərlik elan edilməli, müharibəyə başlanılmalıdır».(mia.az

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin