GDU tələbələri ilə rəhbərlik arasında QALMAQAL – “Bu, mənim dədəmin pulu deyil, dövlətin puludur”

0
258

Gəncə Dövlət Universitetinin tələbələrindən “MediaPost”a şikayət daxil olub. Tələbələr bildirib ki, semestrin bitməsinə 1,5 ay qalmasına baxmayaraq universitet rəhbərliyi, bu həftə illik ödənişlər üçün son həftə olduğunu, əks halda tələbələrin imtahana buraxılmayacağını bildirib.

Gəncə Dövlət Universitetinin adını açıqlamayan rəsmisi “MediaPost”a bu tələbin ötən ildən borcu qalan tələbələrə aid olduğunu söyləyib:

“Camaata maaş ödənməlidir. Nazir də deyib ki, bu pul ödənməlidir. Daxili nizamnaməyə görə, imtahana qədər təhsil haqqının yarısı yanvar imtahanına qədər ödənməlidir. Həmin tələb keçmiş borcu qalan tələbələrə aiddir. Bu, mənim dədəmin pulu deyil, dövlətin puludur. Tələbələr ödənişi etməlidir ki, əmək haqqı verilsin. Bu institutun xərci var. Axı dövlət bizə əlavə pul ayırmır. Biz o pulu cibimizə qoymuruq. Demirəm ki, hamısını ödə, heç olmasa 100 manatını ödə. Mən də deyim ki, yavaş-yavaş ödəyir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin