Gəncə sakini: “Qardaşımın dörd övladı dağıntılar altındadır” – VİDEO

0
107

“Qardaşım qalmışdı, onu yaralı halda dağıntılar altından çıxartdıq”.

Baku TV xəbər verir ki, bu sözləri Gəncə sakini Elçin Məmmədov deyib.

O bildirib ki, düşmənin Gəncəyə raket hücumu nəticəsində qardaşının dörd övladı dağıntılar altında qalıb:

“Qardaşımın dörd övladı hələ də dağıntılar altındadır. Onlar 33, 18, 11, və 7 yaşlarındadırlar.  Dağılan evlərdə 60-a yaxın insan yaşayırdı”.

Xatırladaq ki, ilkin məlumatlarda hadisə nəticəsində 6 nəfərin həlak olduğu, 35 nəfərin yaralandığı, dağıntılar altında qalanların olduğu bildirilir.

Instagram

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin