Füzulinin Horadiz şəhərində və Arayatlı kəndində dağıdılan evlər- CƏBHƏDƏN FOTOLAR

0
120

Xəbər verdiyimiz kimi sentyabrın 27-dən səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.

Şiddətli döyüşlərin getdiyi, ordumuzun böyük uğurlar qazandığı istiqamətlərdən biri olan Füzulinin cəbhə bölgəsindəki kəndləri də ermənilər tərəfindən hədəfə alınıb.

 Nəticədə rayonun Zobucuq 3 qəsəbəsində 2 ev, Zobucuq 2 qəsəbəsində 3 ev, Şükürbəyli kəndində1 ev, Araytalı kəndində 2 ev, Horadiz şəhərində 4 evə zərər dəyib.

 “Yeni Müsavat” Media Qrupunun Füzuli rayonuna ezam olunan reportyorları bu gün Arayatlı və Horadiz şəhərində ziyan dəymiş evlərdə olub.

Füzuli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Natiq Ağayev “Yeni Müsavat”a bildirib ki, sentyabrın 27-dən etibarən rayonun bir neçə kəndində ümumilikdə 12 evə ciddi ziyan dəyib.

Natiq Ağayevin sözlərinə görə bütün evlərə baxış keçirilib, monitorinq aparılıb.

İcra hakimiyyətinin rəsmisi qeyd edib ki, bundan sonra müvafiq qurumlar evlərə dəymiş zərərin hesablayacaq və təmir-tikinti işləri həyata keçiriləcək.

İlkin Muradov,
Məhəmməd Türkmən,
Musavat.com,
Füzuli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin