Füzuli məktəblərində biabırçılıq- Şagirdlər hələ də palatkada dərs keçirlər -VİDEO

0
1071

Füzuli rayonu Qayıdış qəsəbəsində yerləşən 8 №li tam orta məktəbində fövqalədə vəziyyət yaranıb. Sözügedən məktəbin uçması an məsələsidir. Bu barədə RealMedia.az-a Qəsəbə sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, 2000-ci illərin əvvəllərində təmir edilən məktəb hazırda ciddi  təhlükə ilə üz-üzə qalıb. Məktəbin sinif otaqlarında bəziləri artıq istifadəyə yararsız hala düşüblər, ona görə də dərslər həyətdə qurulan çadırda keçirilir. Çox maraqlıdır ki, müasir dövrdə çadır palatkada dəsr keçilməsi olduqca biabırçılıqdır. Görünür rayonun yerli məmurları unudublar ki, çadır şəhərçiklər, palatka məktəblər dövrü geridə qaldı. İndi ölkəmiz sürətlə inkişaf edir və ən ucqar kənddə belə müasir standartlar cavab verən və təhsilin inkişafı üçün hər cür texniki invertarlarla, istilik təhcizatı ilə təmin olunan məktəb binaları tikilərək istifadəyə verilir.

Sakinlərin sözlərinə görə, Erəmənistanla təmas xəttində yerləşən ərazi olduğu üçün atışma zamanı məktəb binası daha çox silkələnir ki, bu da hər an onun uçması ilə nəticələnə bilər.

Məktəbdə hazırda təhsil olan 300-ə yaxın şagird dərslərin həyətdə qurulan çadırda keçirlər.

Sakinlərin sözlərinə görə, onlar mövcud vəziyyətlə bağlı rayonun aidiyyəti təşkilatlarına, təhsil şöbəsinə dəfələrlə məlumatlar versələr də, lakin bir dəfə də olsun məktəbədəki mövcud vəziyyətlə bağlı bir kimsə maraqlanmayıb. Mövcud vəziyyət isə hələ də olduğu kimi qalmaqdadır.

Artıq həm Qəsəbə sakinləri, həm də elm adamları, ziyalılar məktəbin faktiki vəziyyəti ilə bağlı ölkə prezidentinə müraciətlər ünvanlamağa hazırlaşırlar.

Qeyd edək ki, hər il dövlət büdcəsindən Füzuli rayon təhsilinin inkişafına milyonlarla vəsaitlər ayrılır ki, görünür həmin vəsaitlər rayonun bəzi baş bilənləri tərəfindən mənimsənilir. Əgər belə olmasydı, ən azından məktəbin mövcud vəziyyəti ilə yerində tanış olub, bir əncam qılardılar.

Füzulidə icra başçısının gözündən iraq - çadırda dərs keçirlər - VİDEO
Füzulidə icra başçısının gözündən iraq - çadırda dərs keçirlər - VİDEO
Füzulidə icra başçısının gözündən iraq - çadırda dərs keçirlər - VİDEO
Füzulidə icra başçısının gözündən iraq - çadırda dərs keçirlər - VİDEO

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin