Füzulidə saxta diplomlu bağça müdirləri – Adlar

0
570
Sirr deyil ki, cəmiyyətdə uşaqların davranışı, sosiallaşması, şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin və xüsusiyyətlərin formalaşması məhz məktəbəqədər təhsil sistemində baş verir. Başqa sözlə, məktəbəqədər müəssisəyə getmədən I sinfə gələn şagirdlə məktəbəqədər müəssisədən orta məktəbə gələn şagird arasında fərq hiss olunur. Bunun istər təhsilin ilk illərinə, istərsə də uşaqların uzunmüddətli təlim göstəricilərinə çox aydın təsiri var. Qeyd etmək lazımdır ki, bu mövzu digər problemlər kimi keçmiş Sovet İttifaqından bizə miras qalan problemdir. Hətta Sovet İttifaqı dövründə də Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunma faizi 25 faizi keçməyib.
Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzü nəticəsində bir çox məktəbəqədər müəssisələrdə yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər məskunlaşıb, bir sıra obyektlər dağılıb və köhnəlib. Ona görə biz bu gün Azərbaycanda mövcud göstəricinin əhatə dairəsinin 15 faizə yaxın olduğunu müşahidə edirik. Nəticə etibarilə bizim I sinfə gələn şagirdlər Avropa İttifaqında I sinfə gələn şagirdlərlə müqayisədə artıq bir neçə addım geriləyir. Bu da təbii olaraq ilk illərdə və bütün təhsil boyu müəyyən akademik göstəricilərdə özünü büruzə verir.
Bu geriliyi aradan qaldırmaq məqsədilə uşaqların məktəbəqədər təhsillə əhatələnməsinin  genişləndirilməsi, məktəbəqədər təhsilin məzmununun dəyişdirilməsi və müəllim hazırlığının təkmilləşməsi, məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi üçün əhəmiyyətli işlər görülür.  Yeni uşaq bağçalarının titkintisi, mövcud olanların genişləndirilməsi,  özəl sektor tərəfindən bu fəaliyyətin həyata keçirilməsi üçün sərmayələrin cəlb edilməsi məqsədilə münbit şərait yaradılır. Azərbaycanda bu sahəyə sərmayə yatıran və fəaliyyət göstərən bütün özəl investorlara 10 illik çox əhəmiyyətli vergi güzəştləri tətbiq olunur. Ölkənin məktəbəqədər təhsil müəssisələrində tədris olunan məzmun, metodikalar, onları tədris edən müəllimlərlə də bağlı köklü dəyişikliklər edilməsi qarşıya məqsəd kimi qoyulub.
Məktəbəqədər təhsil müəssisələrinin yerli İcra Hakimiyyətlərindən alınaraq yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması barədə müzakirələr getsə də, tədris metodikası və müəllimlərin hazırlığı məsələsi Təhsil Nazirliyinin üzərindədir. Təhsilin bütün pillələrində, eləcə də məktəbəqədər təlim-tərbiyə müəssisələrində müəllimlərin, tərbiyəçilərin öz işinin biliciləri olması bu sahəyə yatırılan başqa investisiyadan önəmlidir. Əgər müəllimin diplomu saxtadırsa, məktəbin divarının qızıldan olmasının nə faydası var? Saxta sənəd təhsilin dəyərinin süni şəkildə aşağı düşməsinə, onun əsaslarının aşınmasına gətirib çıxarır. Bu, qanuni şəkildə əziyyət çəkib oxuyan, imtahan verən, diplom alan insanın, orada fəaliyyət göstərən müəllimlərin, professorların və digərlərinin, sistemin əleyhinə baş verən hüquq pozuntusudur. Təhsil Nazirliyinin fəaliyyəti nəticəsində mütəmadi olaraq saxta diplomlar aşkarlanır. Çünki müvafiq mərkəzi icra hakimiyyəti orqanı kimi məhz Təhsil Nazirliyi diplomların məlumat bazasına malikdir. Üstəlik, həmin diplomları vermiş təhsil müəssisələri TN-nin tabeliyində fəaliyyət göstərir.
Amma görünür, Təhsil Nazirliyinin, hüquq-mühafizə və cinayət təqibi orqanlarının saxtakarlara qarşı apardıqları mübarizə yetərincə effektli deyil. Bunun bir mühüm səbəbi də saxtakarlıq halları barədə KİV-də gedən məlumatlara lazımi qədər əhəmiyyət veriməməsi və ya ümumiyyətlə,  diqqət yetirilməməsidir. Odur ki, saxtakarlıq faktları barədə redaksiyamıza daxil olan növbəti məlumatları təhsil naziri Ceyhun Bayramovla və saytımızın oxucuları ilə bölüşməyi vacib sayırıq: Etibarlığı şübhə doğurmayan mənbədən əldə etdiyimiz məlumata görə, Füzuli rayonunun Aşağı və yuxarı Kürdmahmudlu kəndlərində fəaliyyət göstərən 2 uşaq bağçasının müdirlərinin ali təhsil haqda sənədləri qeyri-qanuni yolla əldə edilib. Odur ki, həmin sənədlərin legitimliyi ciddi yoxlanılmalıdır.
P.S. Adları çəkilən bağçalarının müdirələri qeyri-qanuni yolla əldə etdikləri diplomlarını TN-də təsdiqlətdiriblər. Bəs yaxşı, DİM-də  necə, ordada adlarını tesdən keçirərək, təsdiq  etdirə biliblərmi?!..

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin