Füzulidə məktəbəqədər təhsil müəssisələrində biabırçı korrupsiya – Uşaq bağçalarından edilən oğurluq hesabına tikilən “Bağçasaray”

0
468

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil ölkəmizin uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur. Son illərdə uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm, məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Amma çox təəssüflər olsun ki, yerlərdə dövlətimizin uşaqlara bunca qayğılı münasibətini “qayçılayan” vəzifəli şəxslər özbaşınalıq edirlər. Daha acınacaqlısı budur ki, belə neqativ hallar daha istisna təşkil etmir, get-gedə dərinləşən mənfi tendensiya xarateri alır.

Ötən gün Füzuli rayonunun Asağı və Yuxarı Kürdmahmudlu kəndlərinin uşaq bağçalarının műdirlərinin diplomlarının saxta olması ilə bağlı tənqidi məqalə dərc etmişdik. Həmin uşaq müəssisələrinin rəhbərlərinin diplomlarının yoxlanılması ilə bağlı redaksiya (realmedia.az-red) olaraq Təhsil Nazirliyinə və Baş Prokurorluğa műraciət ünvanlamışıq.

Yazı saytımızda gedəndən sonra redaksiyamıza ard – arda şikayətlər daxil olmağa başladı. Sanki hər kəs belə bir yazının işıq üzünü görməsini gözləyirmiş ki, Füzuli rayonunun uşaq müəssisələrinin fəaliyyətindəki qaranlıq məqamları sadalamaq üçün özündə cəsarət tapsın.  RealMedia.az-a verilən yeni məlumatlarda rayonun Arayatlı, Babı, Şűkűrbəyli, Əhmədbəyli kənd uşaq bağçalarında vəziyyətin olduqca acınacaqlı və bərbad halda olduğu bildirilir. Qeyd olunur ki, Şűkűrbəyli uşaq bağçasında nə su, nə istilik sistemi, nə də ayaqyolu var. Bağça iki qrupdan ibarətdir. Kağız üzərində 50 uşağın adı getsə də, faktiki 5-10 uşaq yerində olur. Onlar da bağça mûdirinin őzűnűn yaxınlarının övladlarıdır.

Ümumiyyətlə, bildirilir ki, Füzuli rayonunda fəaliyyət gőstərən uşaq bağçalarında uşaqların sayı həddən artıq “şişirdilib”. Hər ay da məhz bu “şişirdilmiş” saya uyğun qida rasionu ayrılır. Bu isə o deməkdir ki, 1 uşaq gününə düşən ərzaq xərci proqnozu və faktiki xərc üst-üstə düşmür, fərq mənimsənilir. “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi” barədə müvafiq qərarın tələblərinə ciddi əməl edilmir, bütün xərc istiqamətləri üzrə təklif olunan məbləğlər əsaslandırılmır. İstehlak olunmuş kimi göstərilən həmin ərzaqlar da xűsusi marketlərdə satdırılır, restoranlarda işlədilir.

Rayon Maliyyə İdarəsi “şişirdilmiş” rəqəmləri yoxlamır. Bağçalarda yeyinti, korrupsiya baş alıb gedir. Məlumatda bűtűn bu qanunsuzluqların başında Füzuli RİH – nin műhasibi Cemşid Əmirovun dayandığı bildirilir. Etibarlı mənbə bildirir ki, bağça mûdirləri Çemşid Əmirovla hesablaşırlar. Elə saxta diplomlu mûdirləri də məhz o műdafiə edir. Mənbəmiz əsas bir məsələni də vurğulayır ki, Cemşid Əmirov bağçaların sayəsinə őzunə Zobcuq qəsəbəsində bőyűk bir restoran (“Bağçasaray”) tikdirib.

Müəssisələrdə məktəbəqədər təhsil sisteminin və yetkinlik yaşına çatmamış uşaqlara dövlət himayədarlığının ahəngdar fəaliyyətinin təmininə, daimi inkişafına şərait yaradan, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edən təşkilati-pedaqoli tədbirlərin keçirilməsindən isə söhbət belə gedə bilməz.

Daha yaxşı olar ki, Fűzuli rayonunda kənd və qəsəbələrdə fəaliyyət göstərən uşaq bağçalarının fəaliyyəti Maliyyə Nazirliyi və prokurorluq tərəfindən ciddi şəkildə araşdırılsın.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin