Füzuli rayon polis şöbəsi dələduzluq edən şəxsi müdafiə edir?- Aldadılaraq pulu əlindən alınan vətəndaş Vilayət Eyvazova müraciət etdi

0
525
Füzuli rayon, Dilağarda kənd sakini, hazırda, Füzuli rayon, Sobcuq 1 qəsəbə, ev 61 ünvanında yaşayan Əliyev Niyazı Əziz oğlu Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova yazır: “Cənab Nazir! 07.10.2021-ci il tarixində həmkəndlim, hazırda Füzuli rayon “Fin” şəhərçiyində yaşayan Soltanov Elsevər Zöhrab oğluna məxsus traktoru almaq üçün ona 11200 manat pul vermişəm. Elsevər mənə bildirmişdir ki, hazırda traktor lizinqdədir. Lizinqi bağlamaq üçün mən ona əvvəlcədən 11200 manat pul verim ki, o da lizinq borcunu bağlasın, traktoru adıma sənədləşdirə bilsin. Mən də onu tanıdığm üçün onunla razılaşdım. Düşündüm ki, həmkəndliyik, məni aldatmaz. Buna görə də mən ona inanıb həmin məbləği video sübut vasitəsi ilə ona verdim. Elsevərdə traktoru mənə verdi ki, götür apar qapında saxla. Lizinqdən çıxardım alqı-satqı edək. Mən də traktoru götürüb evə getdim. Elsevərdə deməsinə görə Bakıya… Bir neçə gündən sonra məlum oldu ki, Elsevər məni aldadıb və ona olan inam və etibarımdan sui-istifadə edərək dələduzluq yolu ilə pullarımı ələ keçirdib. Öyrəndim ki, Elsevər məni güya ki, onun traktorunu oğramışam kimi polisə verməyə hazırlaşır. Mən də bundan narahatçılıq keçirərək traktoru aparıb onun qapısına qoydum. Və ondan pulumu geri istədikdə isə mənə bildirdi ki, pul yoxdur. Artıq mən aldandığıma əmin oldum. Əmin oldum ki, Elsevərin məqsədi elə məni aldadaraq pulu ələ keçirmək olub. Bundan sonar mən DİN-nin “102” xidmətini yığaraq bu barədə məlumat verdim. Müraciətimlə əlaqədar olaraq məni Füzuli rayon polis şöbəsinə dəvət etdilər. Şöbədə polis əməkdaşı Seymur Xəlilov izahatımı aldı. Bir müddətdən sonra mənə dedi ki, bu iş mülki xarakterlidir. Bu işdə Polis heç bir iş görə biməz. Yaxşısı budur ki, get məhkəməyə ver. Düzü polisin bu sözü məni təccübləndirdi. Necə yəni, “mülki işdir, get ver məhkəməyə”. Açıq aydın görünür ki, Elsevərin əməli qəti dələduzluq, açıq cinayətdir. Odur ki, Sizdən işin hallarına və şəxsin əməlinə obyektiv və qərəzsiz qiymət verilməsinə göstəriş verməyinizi xahiş edirəm.
27.06.2022
ƏLİYEV NİYAZ ƏZİZ OĞLU
(+994)51 351-60-26″

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin