Füzuli Rayon İcra Hakimiyyəti kəmsavadlığını nümayiş etdirir -FOTOFAKT

0
974

Bu günlərdə saytmızın elektron poçtuna maraqlı bir foto göndərilib.

O, maraqlı olduğu qədər də çox ürək ağrıdan, insanlarda ikrah və nifrət hissi oyadan bir şəkildir. Oxucularımıza təqdim etdiyimiz şəkildən də açıq-aydın görünür ki, bu, Füzuli Rayon İcra Hakimiyyətinin Füzuli Şəhəri İcra Nümayəndəliyinin rəsmi adı qeyd olunmuş lövhədir.

Acınacaqlı və dəhşətli fakt odur ki, həmin lövhədə rəsmi dövlət qurumunun adı düzgün yazılmayıb, dövlətçiliyimizə və dilimizə təhqir kimi qəbul edilən çox kobud səhvlərə yol verilib. Belə ki, “Azərbaycan Respublikası” sözündə “k” hərfi böyük şriftlə verilib, “Füzuli rayon” əvəzinə “Füzuıi ayon”,

“Füzuli Şəhəri İcra Nümayəndəliyi” sözlərində isə “şəhəri” əvəzinə “səhəri”, nümayəndəliyi” əvəzinə isə “nümayəndəliyı” yazılıb. Bütün bunlar isə həm adıçəkilən icra nümayəndəliyi, həm də sözügedən lövhədən xəbərsiz olan Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən dövlətimizə, dilimizə və Füzuli rayon sakinlərinə qarşı nümayiş etdirilən hörmətsizlik və rəzillikdən başqa bir şey deyil!
Füzuli Rayon İcra Hakimiyyətindən görünməmiş rəzillik... - FOTO-FAKT

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin